"Bakı-2015" NAZ-la müqavilə imzaladı

18.02.2015 | 2870 dəfə oxunub

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi Naxçıvan Avtomobil Zavodunun (NAZ) bu yay keçiriləcək ilk Avropa Oyunlarının Rəsmi Dəstəkçisi elan edildiyi sazişə imza atıb. Stadium.Az xəbər verir ki, saziş çərçivəsində, Azərbaycanın ən iri avtomobil istehsalçısı olan NAZ Bakı 2015  avtomobil markası kateqoriyasında ölkədə müstəsna hüquqlara malik olacaq.

NAZ, həmçinin, "Bakı-2015 Avropa Oyunlarının Rəsmi Avtomobili" titulunu və Bakı-2015 Avropa Oyunları loqosundan Avropada və Çində istifadə edilməsi hüququnu Çinin avtomobil istehsalçısı olan Lifan şirkətinə ötürəcək və Oyunlar müddətində istismar məqsədilə 280 ədəd ‘‘Lifan’’ markalı avtomobillər təchiz edəcəkdir.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Hər bir irimiqyaslı beynəlxalq çoxsaylı idman yarışlarında işlərin maneəsiz şəkildə görülməsi üçün mükəmməl nəqliyyat vasitələrinin olması çox önəmlidir. Azərbaycanın ən iri avtomobil istehsalçısı olan NAZ şirkətinin Bakı 2015 Avropa Oyunlarının Rəsmi Dəstəkçisi kimi görmək sevindirici haldır və mən əminəm ki, həm Naxçıvan Avtomobil Zavodu, həm də ‘‘Lifan’’ markalı avtomobillər bizim müştərilərimizə və maraqlı tərəflərə ən yaxşı şəkildə xidmət göstərəcək".

Yarışların keçirildiyi 12-28 iyun tarixlərində Milli Olimpiya Komitəsi üzvləri, KİV və Yayım işçiləri daxil olmaqla bir sıra müştərilərin daşınması üçün həmin 280 ədəd nəqliyyat vasitəsindən istifadə olunacaqdır.

NAZ-ın direktoru cənab Musa Abdullayev deyib: “Biz Bakı 2015 Avropa Oyunları ailəsinin bir üzvü olacağımıza və ölkəmizin tarixindəki ən iri idman yarışlarına dəstək verəcəyimizə görə fəxr edirik. Lifan avtomobil şirkəti ilə yaxından çalışaraq, tarixə yazılacaq ilk Avropa Oyunlarının bütün müştərilərinə və maraqlı tərəflərə dünya səviyyəli xidmət göstərəcəyik".

Müqavilənin bağlanması ilə Naxçıvan Avtomobil Zavodu (NAZ) McDonald’s Azerbaijan, Tickethour, Milla, Sitecore, Motorola Solutions, Azersun Holding və Bazarstore şirkətlərindən sonra Bakı 2015 Avropa Oyunlarının səkkizinci Rəsmi Dəstəkçisinə çevrildi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail