Bakı-2015: Bakı Su İdman Mərkəzinə kimlər buraxılacaq?

19.02.2015 | 2379 dəfə oxunub

İyun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının su idmanı növləri üzrə yarışlarının detalları dəqiqləşib. Stadium.Az xəbər verir ki, Bakı Su İdman Mərkəzində təşkil olunacaq üzgüçülük, sinxron üzgüçülük və suyatullanma turnirində kimlərin iştirak edə biləcəyi müəyyənləşib.

Belə ki, 54 dəst medal uğrunda 800 gənc idmançı mübarizə aparacaq. Qaydalara əsasən, üzgüçülükdə 18 yaşadək oğlanlar, 16 yaşadək qızlar mükafatlara iddia edəcəklər. Sinxron üzgüçülükdə yaş həddi 18 götürülüb. Suyatullanmada isə 14-18 yaşlı idmançılar məharətini göstərəcəklər.

Yeri gəlmişkən, su polosu yarışına da gənclər yığmaları qatılacaqlar.

Qeyd edək ki, suyatullanma və sinxron üzgüçülükdə təsnifat yerləri son 3 Avropa çempionatındakı orta komanda sayına, ev sahibi üçün ayrılan təsnifat yerlərinə və universallıq prinsipinə əsasən müəyyənləşəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail