Bakı-2015 ailəsində yeni təyinat - FOTO

19.02.2015 | 2280 dəfə oxunub

Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsində yeni təyinat rəsmiləşib. Stadium.Az xəbər verir ki, bu gün böyük britaniyalı Kolin Gibson Kommunikasiya şöbəsi üzrə direktor müavini təyin edilib.

Bu, iyunda paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarının yaxınlaşması ilə Bakı-2015-in kommunikasiya fəaliyyətlərini intensivləşdirməsindən irəli gəlir.

Bugünlərdə Media və Kommunikasiya şöbəsi üzrə direktor vəzifəsini tutduğu İngiltərə və Uels Kriket Təşkilatından (EVB) ayrılan Gibsonun peşəkar karyerasına, həmçinin Dubaydakı Beynəlxalq Kriket Şurasında (ICC), o cümlədən London Futbol Assosiasiyasında (FA) Kommunikasiya şöbəsinin direktoru vəzifələri daxildi.

Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Kolinin Bakı-2015 komandasına qoşulmağa razılıq verməsi çox sevindiricidi: “Onun kimi təcrübəli və qabiliyyətli birinin ilk Avropa Oyunlarının keçirilməsinə çox az müddətin qaldığı çətin bir zamanda kommunikasiya komandamıza yardım etməsi əvəzolunmazdı”.

Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru Uilliam Louis-Marie isə Oyunlara marağın davamlı artdığının şahidi olduğunu deyib: “Bakı 2015-in media kanallarını cəlb etməsi qarşıdakı aylarda daha da artacaq. Kolinin töhfələri bu müddət üçün, xüsusilə də Oyunlar zamanı böyük əhəmiyyət kəsb edəcək. Onun beynəlxalq idman mətbuatı sahəsindəki bilik və təcrübələri olduqca dəyərlidi və irimiqyaslı idman yarışlarında kommunikasiyaların idarə edilməsi sahəsində yüksək nailiyyətlər əldə edib”.

ECB, ICC və FA kimi təşkilatlarda çalışmazdan əvvəl Gibson jurnalist kimi fəaliyyət göstərib və Londonun "the Daily Telegraph", "Sunday Telegraph" və "the Daily Mail", o cümlədən Sidneyin "The Australian" qəzetləri üçün məqalələr yazıb.

Oyunların Əməliyyat Komitəsinə qoşulan Gibson Bakı kimi dinamik bir paytaxtda ilk Avropa Oyunları üçün işləmək imkanı qazanmasını yüksək qiymətləndirib: “Bu Oyunların başlaması Avropanın idman tarixində yeni bir səhifə açacaq və bu cür maraqlı macəranın başlanğıcında iştirak etmək mənim üçün olduqca həyəcanvericidir”.

Qeyd edək ki, Oyunların mətbuatı məlumatlandırma işləri, sponsor və televiziya yayım tərəfdaşlarının elan edilməsi və beynəlxalq idman elçiləri proqramı kimi ictimai iştirak təşəbbüsləri KİV-in geniş marağına səbəb olub. Oyunların başlamasına 100 gün qalması, biletlərin satışının başlaması və açılış mərasimindən öncəki Bakı-2015 Oyunlarının Məşəl Estafeti də daxil olmaqla, qarşıdan gələn bir neçə təşəbbüsün daha böyük maraq doğurması gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail