Ukraynada 12 medal

20.02.2015 | 1581 dəfə oxunub

Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq turnir keçirilib. Stadium.Az xəbər verir ki, turnirdə iştirak edən yeniyetmə və gənc qızlardan ibarət yığma komandamız uğurlu çıxışı ilə yadda qalıb. 

Böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında yeniyetmələrin yarışında mübarizə aparan qızlarımız 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Aynurə Camalova (40 kq) qızıl, Ülkər Babayeva (44 kq) və Leyla Qurbanova (51 kq) gümüş, Sona Tumarxanova (48 kq) və Şəbnəm Əhmədova (55 kq) isə bürünc medala yiyələnib. 

Gənc qızlarımız isə böyük məşqçi Yaqub Məmmədovun rəhbərliyi altında yarışıb. Gənc qızlar 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Anna Pavliv (48 kq) və Alyona Kolesnik (55 kq), gümüş medalları Türkan Nəsirova (48 kq) və Almaz İsmayılova (55 kq) qazandırıb. Sahilə Ələkbərova (44 kq), Arzu Əliyeva (51 kq) və Dərya Korin (59 kq) isə bürünc medalla kifayətlənib.  


Beləliklə, yeniyetmə və gənc qızlardan ibarət yığmamız ümumilikdə 3 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ