Britaniya jurnalı "Bakı-2015"dən

20.02.2015 | 3149 dəfə oxunub

Böyük Britaniyanın nüfuzlu “Economia” jurnalında bu il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı məqalə dərc olunub.

Stadium.Az AzərTAc-a istinadən xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Avropa Oyunlarının Azərbaycan üçün böyük məsuliyyət olması, eyni zamanda, ölkəmizi təqdim etmək baxımından imkan yaratması barədə fikirlərinə yer verilir. Həmçinin dövlətimizin başçısının Azərbaycanın bu Oyunları ən yüksək səviyyədə təşkil edəcəyi ilə bağlı fikirləri diqqətə çatdırılır.

Məlumat verilir ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul olunub. AOK-un layihəsi olan “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə keçiriləcək. Yarışlarda idmanın 20 növü (onlardan 16-sı Olimpiya, dördü isə qeyri-olimpiya idman növüdür) üzrə 6 mindən çox idmançının iştirakı gözlənilir. “Bakı-2015”də ənənəvi idman növləri olan atletika, gimnastika ilə yanaşı, basketbol (3x3), çimərlik futbolu və karate kimi yeni idman növləri də yer alacaq.

Yazıda, həmçinin Azərbaycanın 2012-ci ildə ev sahibliyi etdiyi “Eurovision” mahnı müsabiqəsi kimi mötəbər beynəlxalq tədbirlərin keçirilməsində qazandığı təcrübədən də ətraflı bəhs olunur. Qeyd edilir ki, Avropa Oyunları ərəfəsində Bakıda sürətli tikinti, abadlıq-quruculuq işləri aparılır, nəqliyyat infrastrukturu yenilənir. Paytaxtda yeni aerovağzal kompleksi istifadəyə verilib.

Məqalədə “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Marinin fikirlərinə də yer verilir. Uilyam Lui-Mariyə istinadla bildirilir ki, Azərbaycan getdikcə daha çox maraq cəlb edir, bu ölkəyə gələn turistlərin sayı sürətlə artır. Bakı çox gözəl şəhərdir. Bu şəhərdə yeni otellər, dağ-xizək turizm kompleksləri tikilir. Azərbaycan xarici qonaqlar üçün çox maraqlı bir ölkədir.

Jurnal yazır ki, Avropa Oyunlarına ev sahibliyi Azərbaycana gələcəkdə mötəbər idman yarışlarını keçirməyə imkan verəcək. Gələn il Bakıda keçiriləcək Şahmat Olimpiadası və “Formula-1” üzrə Avropa Qran-pri yarışları, 2017-ci ildə təşkil ediləcək IV İslam Həmrəyliyi Oyunları, “Avro-2020”nin final mərhələsinin bir neçə qarşılaşması məhz bu yarışlardandır.

Məqalədə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi xatırlanır. Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqə istinadla qeyd edilir ki, Mehriban Əliyeva Oyunların uğurla keçirilməsi işinə xüsusi diqqət yetirir.

Yazıda Avropa Oyunları kimi mühüm bir tədbirin keçirilməsi ilə bağlı qərarın qəbul edildiyi 2012-ci ildən 2015-ci ilə qədərki zamanın qısa olmasına baxmayaraq, bu Oyunlara yüksək səviyyədə hazırlığın getdiyi diqqətə çatdırılır. Bildirilir ki, həmin qərarın qəbul edildiyi ilk vaxtlarda Oyunlara hazırlıq üçün cəmi iki il yarım vaxtın olması ilə əlaqədar müəyyən narahatlıqlar yarana bilərdi, amma görülən işlər, həyata keçirilən layihələr yarışların uğurla keçiriləcəyini deməyə əsas verir. Oyunları izləmək üçün dünyanın müxtəlif ölkələrindən Bakıya gələcək təkcə idman ictimaiyyətini deyil, siyasi, iqtisadi, mədəni dairələri də təmsil edən çoxsaylı insanlar bunun şahidi olacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail