"Baku Fires" - "Puerto Riko Hurricanes": heyətlər açıqlandı

20.02.2015 | 2911 dəfə oxunub

Fevralın 21-də  saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun görüşü keçiriləcək. Stadium.Az xəbər verir ki, Azərbaycanın “Baku Fires” klubu  Puerto Rikonun “Puerto Riko Hurricanes”  komandasını qəbul edəcək. Komandaların heyətləri artıq məlumdur:


“Baku Fires” – Puerto Riko Hurricanes” 

52 kq. Elvin Məmişzadə  – Xavyer Çintron Okasio   

60 kq. Albert Səlimov – Angel Lopes    

69 kq. Pərviz Bağırov – Flaz Niklaus    

81 kq. Soltan Migitinov – Cozef  Laboy    

+91 kq. Arslanbek Mahmudov -  Enrike dos Santos Nasimento   

 

Komandamızın  baş məşqçisi polşalılarla görüşdə şans verdiyi heyətə güvənib.

“Baku Fires”in heyətində ikinci döyüşünə çıxacaq Pərviz Bağırov elə bir çətinlik çəkməməlidir. Milli komandamızın üzvü gənc Niklaus Flazla üz-üzə gələcək. 19 yaşlı puerto rikolu boksçu beyəlxalq arenada elə bir ciddi uğur qazanmayıb.

Məmişzadənin rəqibi olacaq Okasio cari mövsümdə iki qələbə qazanaraq, özünü yaxşı tərəfdən göstərib.

 Puerto Riko komandası ötən turda səfərdə “Astana Arlans”a 0:5 hesabı ilə uduzub. “Baku Fires” isə Mayamidə USA “Knockouts” komandasına 1:4 hesabı ilə məğlub olub.

 

Bu həftə B qrupunda “Caciquez Venezuela” səfərdə “İtalia Thunder”in qonağı olacaq.  “Argentina Condors” səfərdə “Argentina Condors”la  qarşılaşacaq.  USA “Knockouts” isə doğma divarlar arasında “Rafako Hussars Poland”ı qəbul edəcək.   

 Turnir cədvəli

1. “Astana Arlans” –15 xal,  (döyüşlərin nəticələri  21-4)

2. USA “Knockouts” – 12,  (14-11)

3. “İtalia Thunder” – 9,  (13-11)

4. “Baku Fires” – 8, (14-11)

5. “Puerto Riko Hurricanes” – 8, (10-15)

6. “Venezuela Caciquez” – 7, (10-15)

7. “Rafako Hussars Poland” – 6, (11-14)

8. “Argentina Condors” – 1,  (6-18)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə  dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir.WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail