"Bakı-2015" daha iki ölkədə yayımlanacaq

20.02.2015 | 2753 dəfə oxunub

Bakı-2015 Avropa Oyunları bu yay baş tutacaq I Avropa Oyunlarının ABŞ-da yayımlanmasını təmin etmək məqsədilə “Universal Sports Network” ilə saziş imzalayıb. Stadium.Az xəbər verir ki, iyunun 12-28-də “Universal Sports Network” öz kanalında və “universalsports.com” internet səhifəsində möhtəşəm açılış və bağlanış mərasimləri də daxil olmaqla, ölkəmizdə təşkil olunacaq Oyunlar haqqında gündəlik proqram yayımlayacaq.

Bununla yanaşı, “Universal Sports Network”, həmçinin Avropa Oyunlarının Kanadada yayımlanması üçün yayım hüququ əldə edib.

Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, “Universal Sports Network” ilə bu sazişin imzalanması Bakı-2015 üçün mühüm bir təkandı və yarışın dünyanın ən böyük tamaşaçı auditoriyasına nümayiş etdirilməsini təmin edir: “Bu saziş I Avropa Oyunlarına bütün dünyada ciddi marağın olduğunu bir daha sübut edir və əminəm ki, ABŞ-da yaşayan idman həvəskarları bu yay həyata keçəcək yarışları izləməkdən zövq alacaqlar”.

Bu saziş ilə Bakı 2015 Avropa Oyunları yarışların dünyanın 50 ölkəsində yayımlanacağını elan edib.

“Universal Sports Network” bütövlükdə ABŞ ərazisində Time Warner Cable, Cox Communications, Bright House Networks, Verizon FiOS, həmçinin DIRECTV və DISH kimi peyk yayımları və ölkədə fəaliyyət göstərən bir sıra regional kabel və IPTV operatorları vasitəsilə yayımlanır.

“Universal Sports Network” şirkətinin məzmun və kommunikasiya üzrə birinci vitse-prezidenti Robert Ceymsin sözlərinə görə, Avropa Oyunlarının nümayişi qurumun beynəlxalq Olimpiya yarışlarına dair öhdəliyini əks etdirir: “Təmsil olunan Avropa ölkələri və Oyunlarda iştirak edən nüfuzlu idmançılar ABŞ-dakı idman həvəskarı tamaşaçılarımızın maraqlı və həyəcanverici yarışlar izləyəcəyini vəd edirlər”.

“Universal Sports Network” ABŞ-da olimpiya, güc və ekstremal idman növləri haqqında proqramların başlıca ünvanıdı. Hər il 1200 saatdan çox orijinal proqram yayımlayan “Universal Sports” 25-dən çox dünya çempionatını eksklüziv yayımlama hüququna malikdi və illik olaraq 40-dan çox idman növü üzrə yarışan dünyanın ən uğurlu idmançılarını tamaşaçılarına nümayiş etdirir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail