Rio-de-Janeyroya yol "Bakı-2015"dən keçəcək

23.02.2015 | 3300 dəfə oxunub

2015-ci ildə cüdo üzrə keçiriləcək Avropa çempionatı Avropa Oyunları çərçivəsində baş tutacaq. Stadium.Az xəbər verir ki, bu səbəbdən də ölkəmizdə keçiriləcək yarış Rio-de-Janeyro Olimpiadasına reytinq xalı verəcək.

Bu isə qitənin ən güclü idmançılarının yarışa qatılmasına təminat verir.

Bakı-2015-in Əməliyyat Komitəsinin baş icraçı-direktoru, Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, cüdo üzrə qitə çempionatının Avropa Oyunlarına daxil edilməsi yarışı daha da gücləndirir.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də Avropa çempionatının Avropa Oyunları çərçivəsində keçiriləcəyindən məmnunluq ifadə edib: “Əminəm ki, digər idman növləri üzrə federasiyalar bundan nümunə götürəcək və növbəti Avropa Oyunlarında yarışlar Olimpiya lisenziyası baxımından böyük önəm kəsb edəcək”.

Avropa Cüdo İttifaqının prezidenti Sergey Soloveyçik isə bunun layiqli seçim olduğunu açıqlayıb: “Yarışın Qlazqodan alınmasından sonra qısa müddətdə təşkilatçı tapmalı idik. Biz də bunun öhdəsindən gəldik. Seçimimizdən çox razıyıq. Bakı-2015 cüdoda ən güclüləri qəbul edəcək. Burada yarış üçün əla şərait var. Əminəm ki, bundan yaxşı seçim edə bilməzdik. Qlazqodakı Avropa çempionatına bilet alan azarkeşlərin hamısı Bakıdakı cüdo yarışını pulsuz izləyə biləcəklər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail