Hava limanında 30 saat qaldılar,12 medal qazandılar

23.02.2015 | 1386 dəfə oxunub

Estoniyanın Tartu şəhərində bədii gimnastika üzrə “Miss Valentine” adlı beynəlxalq turnir keçirilib. Stadium.Az xəbər verir ki, yarış yığmamız üçün uğurlu alınıb. Komandamız Tartu şəhərində 5 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıb.

Belə ki, 4 çıxışın nəticəsinə görə, həmçinin ayrı-ayrı alətlərdə - halqa, top və gürzlərlə yeniyetmə gimnastımız Jalə Piriyeva 4 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Böyüklər arasında çıxış edən Marina Durunda da gürzlərlə hərəkətlərdə qızıl medal əldə edib. O, həmçinin ümumi hesaba çoxnövçülük və halqa ilə hərəkətlərdə 2 gümüş, lent və topla ilə hərəkətlərdə 2 bürünc medal əlavə edib.

Böyüklərdən ibarət qrup hərəkətləri komandamız da çoxnövçülükdə, lent ilə hərəkətlərdə və gürzlər-halqa ilə kombinasiyada 3 gümüş mükafata yiyələnib.

Bu səfər gimnastlarımızın hava şəraiti əlaqədar olaraq, İstanbul hava limanında 30 saat qalmaqları ilə yadda qalıb.

Digər 2 gimnastımız Gülsüm Şəfizadə və Ayşən Bayramova isə Moskva hava limanına uğurla eniblər. Rusiyada Qran-pri yarışlarında çıxış edən Şəfizadə 4 çıxışın nəticəsinə görə 7-ci yerdə qərarlaşıb. Həmçinin top və lent ilə finallara çıxmağa müvəffəq olub. Onunla paralel gedən beynəlxalq yarışda isə Ayşən Bayramova da 7-ci pilləni tutub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ