Millimizin üzvü Sofiyada qələbə qazandı

25.02.2015 | 1475 dəfə oxunub

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib. Stadium.Az xəbər verir ki, yarışda 34 ölkənin 240 idmançısı qələbə uğrunda mübarizə aparır.

Yarışın ilk günündə rinqə çıxan boksçularımızdan Elvin İsayev (60 kq) qələbə qazanıb. Milli komandamızın üzvü Belarus təmsilçisi Dmitri Sapon üzərində qalibiyyət əldə edib – 3:0. Həmyerlimiz 1/8 final mərhələsində Gürcüstan idmançısı Otar Eronosyanla qarşılaşacaq.

91 kq çəki dərəcəsində çıxış edən Rahil Məmmədli yarışa məğlubiyyətlə başlayıb. O, ilk görüşdə Gürcüstan nümayəndəsi Levan Guledaniyə uduzub – 1:2.

Araz İmaməliyev də (52 kq) ilk görüşdə uduzaraq, turnirdən kənarda qalıb. Boksçumuz Korin Soqhomonyanla görüşdən məğlub ayrılıb.

Superağır çəki dərəcəsində mübarizə aparan Asəf Aslanlı da növbəti mərhələyə vəsiqə qazana bilməyib. Aslanlı Belarus təmsilçisi Aleksey Zavatinə ciddi müqavimət göstərə bilməyib.

Bu gün qadın boksçularımızdan 3-ü rinqə çıxacaq. Anaxanım Ağayeva (51 kq) irlandiyalı Keyr Smitlə üz-üzə gələcək. Yana Alekseyevanın (60 kq) rəqibi bolqarıstanlı Svetlana Kamenova olacaq. 54 kq çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova isə yunanıstanlı Aiketerini Koutsogeorqopo ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ