AOK təsdiqlədi: Bakıya gələn idmançıların xərclərini Azərbaycan ödəyəcək!

27.02.2015 | 4256 dəfə oxunub

Avropa Olimpiya Komitəsi (AOK) və Bakı-2015-in Təşkilat Komitəsi birgə rəsmi açıqlama yayıb. Stadium.Az xəbər verir ki, açıqlamada Azərbaycan tərəfinin yarışda iştirak edəcək milli olimpiya komitələrinin maliyyələşdirməsinə dair yayılan xəbərlərə aydınlıq gətirilib.

Açıqlamada bildirilir ki, bu, Yay və Qış Olimpiya Oyunlarında, həmçinin belə miqyaslı digər qlobal yarışlarda verilən oxşar dəstək (qrantlar), eyni zamanda, Azərbaycanda ilk dəfə keçirilməsi nəzərdə tutulan ilk Avropa Oyunları ilə bağlı aparılan danışıqların ilkin mərhələsində əhəmiyyətli hissələrdən birini təşkil edib: “Şübhəsiz ki, bu tələb təşkilatçı şəhərlə müqavilənin və AOK tərəfindən Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin üzərinə qoyulan öhdəliyin bir hissəsi olub. İştirakçı idmançılar və müşayiətçi rəsmi şəxslərin sayına əsasən hesablanan qrantlar yarışlarda iştirak edən 50 Avropa Milli Olimpiya Komitəsinin hamısına bərabər şəkildə şamil edilir”.

Həmçinin qeyd olunub ki, Oyunlardan sonra Avropa Olimpiya Komitəsi (AOK) rəhbər qurum olaraq yarışın gəlirlərindən əldə edilən 2,5 milyon avro məbləğində vəsaiti, Beynəlxalq Olimpiya Komitəsi (BOK) kimi eyni qaydada Oyunların proqramına daxil edilmiş bütün idman növləri üzrə Avropa milli olimpiya komitələri və federasiyaları arasında böləcək: “İdmançılar istənilən böyük yarışın əsasını təşkil edirlər. Bu məqsədlə, yarışlarda iştirak edən idmançıların maliyyələşdirilməsinə görə məsuliyyət daşıyan qurumların müvafiq qaydada ödənişlə təmin edilməsi qanunidir və məqsədə uyğundur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail