Aksiya keçirən cüdoçular nazirliyə çağırıldılar

02.03.2015 | 3323 dəfə oxunub

Gənclər və idman naziri Azad Rəhimov bu gün əmək haqlarının verilməməsinə etiraz edən cüdoçularla görüş keçirəcək. 
 
Stadium.Az xəbər verir ki, Cüdo Federasiyasından AzVision.az-a daxil olan məlumata görə, günorta saatlarında baş tutacaq görüşdə federasiya prezidenti, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da iştirak edəcək. 
 
Bildirilib ki, görüş zamanı nazir cüdoçuların şikayətlərini dinləyəcək. Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın bir qrup cüdoçusu milli komandaların təlim-məşq bazası ("Neftçi"nin keçmiş bazası) qarşısında etiraz aksiyası keçirib.
 
Etirazçılar bildiriblər ki, artıq ilyarımdır əmək haqlarının verilməsində gecikmə halları müşahidə olunur. Maliyyə problemləri üzündən təlim-məşq toplanışları lazımi səviyyədə təşkil olunmur, kifayət qədər yarışda iştirak edə bilmirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail