"Qəbələ"nin üzvü Sofiyada fərqləndi

03.03.2015 | 3405 dəfə oxunub

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” turnirinə yekun vurulub. Stadium.Az xəbər verir ki, 34 ölkədən 240 idmançının mübarizə apardığı yarışda uğurla çıxış edən Azərbaycan millisinin heyətində “Qəbələ” İdman Klubu da təmsil olunub. Klubumuzun boksçusu Lorenzo Sotomayor Sofiyada qüvvəsini sınayıb.

64 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışın qalibi adını qazanıb. Sotomayor fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqda ciddi müqavimətlə üzləşməyib. Finala gedən yolda erməni boksçunu də mübarizədən kənarlaşdıran boksçumuz həlledici döyüşdə özbəkistanlı Fazliddin Qaibnazarovla üz-üzə gəlib. Qızıl medala yiyələnən təmsilçimiz final döyüşünün hər 3 raundunda rəqibindən üstün olub. İdmançımız turnirin ən texnikalı boksçusu seçilib.

"Strandja" turniri iyunda keçiriləcək Avropa oyunlarına hazırlıq xarakteri daşıyır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail