Yeni reytinq siyahısı açıqlandı

03.03.2015 | 3123 dəfə oxunub

Ümumdünya Boks Seriyası (WSB) boksçuların yeni fərdi reytinq cədvəlini açıqlayıb. Stadium.Az xəbər verir ki, 7 turdan sonra “Baku Fires” klubunun 6 üzvü  reytinqdə ön sıralardadır. 56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 3 döyüşün hamısında qalib gələrək, 15 xalla 1-ci yerdədir.

Albert Səlimov çəkisi 60 kq olan boksçular arasında rusiyalı Adlan Aburaşidovla birgə 1-2-ci yerləri bölüşür. Hər iki boksçu 3 qələbə qazanıb və 15 xala malikdir.

Superağır çəki dərəcəsində liderlərdən sayılan Arslanbek Mahmudov da 1-2-ci yerləri bölüşür. Boksçumuz kimi “Astana Arlans”ın xorvatiyalı üzvü Filip Hrqoviçin də 3 qələbəsi və 15 xalı var.

London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev (64 kq) hazırda reytinqdə 3-cü pillədədir. Hesabında 15 xalı olan milli komandamızın üzvü kubalı Yasiner Toledo və italiyalı Vinçenzo Manqiakapredən geri qalır.

81 kq çəki dərəcəsində “Baku Fires” klubunda “1-ci nömrə” hesab olunan Soltan Migitinov 11 xal toplayaraq, ukraynalı Aleksandr Xiznyakla birgə 4-5-ci yerləri bölüşür. Bu çəkidə  reytinqdə 1-ci yeri kubalı Xulio sezar la kruz Peraza tutur. Italiyalı Valentino Manfredonia 2-ci, xorvatiyalı Hrvoje Sep isə 3-cüdür.

Abdulqadir Abdullayev bu mövsüm bütün görüşlərdə qalib gəlsə də, o hələ ki, 4-cü pillədədir.  Ancaq boksçumuz ilk 3 yeri tutan idmançılardan 1 döyüş az keçirib. Abdullayev 3 qarşılaşmadan sonra 15 xala malikdir. İlk sıralarda isə polşalı İqor Yakubovski, kubalı Erislandi Savon və qazaxıstanlı Vasili Levitdir. 

Qeyd edək ki, 49, 52, 69 və 75 kq çəki dərəcələrində boksçularımız reytinqdə ilk beşliyə düşə bilməyiblər.

Ümumdünya Boks Seriyasının cari mövsümündən sonra  17 idmançı planetin ən böyük yarışında iştirak etmək hüququ əldə edəcək.  49, 91 və super ağır çəki dərəcələrində bir, digər çəkilərdə isə 2 idmançı Olimpiya vəsiqəsinə sahib olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail