"Qəbələ"dən 3 medal

04.03.2015 | 3043 dəfə oxunub

Martın 1-2-də Şağan Olimpiya Kompleksində Xocalı soyqırımına həsr olunan yeniyetmələr arasında 6-cı ənənəvi beynəlxalq cüdo turniri keçirilib.

Stadium.Az xəbər verir ki, yarışda 32 komandanı təmsil edən 467 idmançı çıxış edib. Turnirdə “Qəbələ” İdman Klubunun təmsilçiləri də mübarizə aparıb. İdmançılar yarışı 3 medalla başa vurub. 34 kq çəki dərəcəsində qüvvəsini sınayan Bəndəli Bəndəliyev turnirdə uğurla çıxış edərək, finala qədər irəliləyib. O, yalnız həlledici qarşılaşmada uduzub və gümüş medala yiyələnib.

Digər iki təmsilçimiz isə yarışı bürünc medalla başa vurub. 42 kq çəki dərəcəsində Sadiq Məmmədov, 50 kq çəki dərəcəsində isə Fərid İgidov fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail