"Məktəbli Kuboku"nun qalibi müəyyənləşdi

04.03.2015 | 3269 dəfə oxunub

Azərbaycan Velosiped İdmanı Federasiyası və Səbail rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "5 mart - Bədən Tərbiyəsi və İdman günü"nə həsr olunmuş "Məktəbli Kuboku" yarışı keçirilib. Stadium.Az xəbər verir ki, yarışda Səbail rayonunun 12 məktəbinin komandası mübarizə aparıb.

Reqlamentə əsasən, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla, estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, 132-134 saylı orta məktəbin komandası bütün rəqiblərindən daha yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2 saylı Texniki-Humanitar litseyin velosipedçiləri gümüş, 239 saylı orta məktəbin kollektivi isə bürünc medal əldə edib.

Mükafata layiq yerlər tutmuş komandalar AVİF tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, həmçinin kubok, medal və diplomla təltif ediliblər. Mükafatları federasiyanın baş katibi Fərhad Əliyev və Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov təqdim edib.

Xatırladaq ki, ötən ilin dekabrında federasiya tərəfindən Nərimanov rayonunun məktəbləri arasında da pilot layihəli "Məktəbli Kuboku" turniri təşkil edilmişdi. Bütün bu yarışlar isə ümumrespublika "Məktəbli Kuboku" turnirinə hazırlıq xarakteri daşıyır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail