Vüqar Həşimovun xatirə turnirinin iştirakçıları bilindi

04.03.2015 | 3292 dəfə oxunub

"Synergy Group"un təşkilatçılığı və sponsorluğu ilə 2015-ci ilin aprelində Şəmkirdə şahmat üzrə Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq "ShamkirChess 2015" turniri keçiriləcək. Stadium.Az xəbər verir ki, bu mötəbər yarışda iştirak edəcək ulduz şahmatçıların adı artıq dəqiqləşib.

Azərbaycanda keçirilən şahmat turnirində ilk dəfə olaraq 3 dünya çempionu mübarizə aparacaq. Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç, 2863), sabiq dünya çempionlarıVişvanatan Anand (Hindistan,2791), Vladimir Kramnik (Rusiya, 2783),FİDE reytinq siyahısında 2-ci olan Fabiano Karuana (İtaliya, 2802), Aniş Giri (Hollandiya, 2790), Uesli So (ABŞ, 2788), Maksim Vaşi-Lagrav (Fransa, 2716) o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla (FİDE reytinqində 13-cü yer, 2756), Teymur Rəcəbov (20-ci yer, 2738)  və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov (92-ci yer, 2658) iştirak edəcək.

Turnirin mükafat fondu 100 000 avro təşkil edir.

Azərbaycan qeyri-neft sektorunun ən iri yerli investiya qruplarından biri sayılan "Synergy Group"un təşkilatçılığı və sponsorluğu ilə baş tutacaq yarışın keçirilməsində əsas məqsəd məşhur şahmatçı Vüqar Həşimovun xatirəsini yad etmək, ölkədə şahmatın inkişafına dəstək olmaqdır.

"Synergy Group"un İdarə Heyəti Sədrinin 1-ci müavini və turnirin Təşkilat Komitəsinin sədri Fəxriyar Cabbarov bildirmişdir ki, “ShamkirChess2015” Azərbaycanda intellektual oyunların və şahmatın inkişafına tövhə verdiyi ən mötəbər beynəlxalq tədbirlərdəndir: "Biz sevirinik ki, 16-26 aprel tarixində şahmat üzrə dünya çempionları, Vüqar Həşimovu sevənlər, onunla birgə çalışanlar və eyni zamanda şahmat həvəskarları bizimlə birgə Şəmkirdə olacaqlar. Şahmatı sevənlər Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik kimi qrossmeysterlərin oyununu canlı izləmək imkanı əldə edəcək. Bu sadəcə şahmat turniri deyil, çünki, dünyanın aparıcı şahmat ulduzlarının iştirak etdiyi yarış 10 gün ərzində Azərbaycanı dünyanın şahmat mərkəzinə çevirəcək. "Synergy Group" olaraq biz hər zaman davamlı gələcəyə doğru peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına tövhə veririk”.

Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. 10 gün davam edəcək turnirin açılış mərasimi 16 apreldə olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail