Federasiya Rüstəmzadəni təbrik etdi - FOTO

05.03.2015 | 3468 dəfə oxunub

Azərbaycan Güləş Federasiyası 7 saylı nümayəndəliyinin əlaqələndiricisi, Azərbaycan Respublikasının əməkdar məşqçisi, idman ustası, Respublika dərəcəli hakim, I dərəcəli məşqçi-müəllim, fəxri bədən tərbiyəsi və idman işçisi Ayət Rüstəmzadənin 60 yaşı tamam olur.
 
Stadium.Az xəbər verir ki, bu münasibətlə əlaqələndiricisi olduğu nümayəndəlikdə güləş idman növünün təbliğində və inkişafında uzunmüddətli və peşəkar fəaliyyətinə, yeniyetmə və gənc nəslin güləşə cəlb olunmasında, güləş qaydalarının incəliklərinin onlara öyrədilməsində əvəzsiz xidmətlərinə görə Ayət Rüstəm oğlu Rüstəmzadə Azərbaycan Güləş Federasiyasının Fəxri Diplomu ilə təltif olunub.
 
Fəxri Diplomu yubilyara AGF Hakimlər Kollegiyasının sədri Bəhmən Talebi təqdim edib. Yubilyarı təbrik edən AGF kollektivi ona cansağlığı və gələcək peşə fəaliyyətində yeni uğurlar arzulayıb.
 
Ayət Rüstəmzadə öz növbəsində Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə öz təşəkkürünü bildirib, bundan sonra da nümayəndəlikdə güləş idman növünün yüksək səviyyədə təbliği və inkişafında öz təcrübə və bacarığını əsirgəməyəcəyini bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail