"Bakı-2015" Polşada da yayımlanacaq

05.03.2015 | 3776 dəfə oxunub

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi iyunda keçiriləcək I Avropa Oyunlarının Polşada yayımını təmin etmək üçün Polsat idman kanalı ilə saziş imzalayıb. Stadium.Az xəbər verir ki, sazişə əsasən Polşanın ən böyük özəl televiziya şəbəkəsi olan Polsat Avropa Oyunlarını hər gün azı 6 saat müddətində, o cümlədən, gündəlik əsas məqamları yayımlayacaq. Möhtəşəm açılış və bağlanış mərasimləri də nümayiş etdiriləcək.

Digər mühüm üstünlüklərlə yanaşı, Polsat UEFA Avropa Təsnifat Yarışlarının, UEFA Avropa Kubokunun (2016), “Uimbldon” tennis turnirlərinin, şosse velosiped üzrə dünya çempionatının (2015), Polşada keçiriləcək voleybolçuların (2015, 2017) və 2 il sonra kişi həndbolçuların qitə birinciliyinin yayımını təmin edən yeganə kanaldı.

Avropa Oyunlarının Əməliyyatlar üzrə baş icraçı-direktoru Saymon Kleq yarışın Polsat Sport kanalları vasitəsilə polşalı idmansevərlərə nümayiş etdiriləcəyini yüksək qiymətləndirib: “Məqsədimiz Avropa Oyunlarını mümkün qədər geniş tamaşaçı auditoriyası arasında bölüşməkdi və bu məqsədə nail olmaq üçün səylə işləməyə davam edəcəyik”.

Bu sazişin bağlanması ilə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi Amerika Birləşmiş Ştatları, Çin və Ərəb ölkələri daxil olmaqla, dünyanın 53 ölkəsində yayımlanmasını təmin edəcək.

Polsat kanalının idman departamentinin rəhbəri Pyotr Paykel deyib ki, Avropa Oyunları beynəlxalq idman təqvimində son 50 ildə keçiriləcək ən mühüm tədbirlərdən biridi: “Bağladığımız saziş polşalı idman azarkeşlərinə Oyunlarda iştirak edəcək idmançıların çıxışlarını izləməyə imkan yaradacaq. Polsat vasitəsi ilə Bakı-2015 yarışlarını Polşaya yayımlamaq üçün bizə verilən eksklüziv hüquqla fəxr edirik və səbirsizliklə möhtəşəm 17 günlük yarışların yayımlanacağını gözləyirik”.

Polşa Milli Olimpiya Komitəsinin prezidenti Andjey Kraşnitskinin sözlərinə görə, Avropa Oyunları idman dünyasında mühüm bir hadisədi: “Avropa Oyunları polşalı idmançıların beynəlxalq arenada mübarizə aparması üçün mükəmməl imkandı və Polsat kanal vasitəsilə bu cür tədbiri yayımlanacağı xəbərini duymaq çox xoşdu”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail