Bəxtiyar Abbasovdan növbəti qələbə

06.03.2015 | 3053 dəfə oxunub

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti döyüşünü keçirib.

Stadium.AZ  klub saytına istinadən xəbər verir ki, 29 yaşlı idmançı martın 5-də Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Polad döyüşçülər” (“Stalnıe voinı”) adlı döyüş gecəsində iştirak edib. 84 kq çəki dərəcəsində çıxış edən təmsilçimizin rəqibi ukraynalı Aleksandr Boyko olub.

Peşəkar rinqdə 21-ci döyüşünə çıxan, indiyədək 12 dəfə qalib gələn Ukrayna təmsilçisi Abbasovun qarşısında aciz qalıb. Belə ki, idmançımız artıq 1-ci raundda döyüşün taleyini həll edib. 4-cü dəqiqədə boğucu fəndlə rəqibini çıxılmaz vəziyyətə salan Abbasov Boykonu təslim olmağa vadar edib.

Beləliklə, 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edən idmançımız 17-ci döyüşündə 13-cü qələbəsini qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail