İdmançılarımız diskotekada... döyüşəcəklər

06.03.2015 | 3690 dəfə oxunub

Martın 7-də Milanın “Alkatraz” diskotekasında Ümumdünya Boks Seriyasının (WSB) VIII turunun görüşü keçiriləcək. Stadium.AZ xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən “Baku Fires” “İtalia Thunder” klubunun qonağı olacaq.

 

İtaliyada “Baku Fires” klubunun heyətində daha bir boksçu debüt edəcək. Baş məşqçi Nuripaşa Talibov bu dəfə 52 kq çəki dərəcəsində Murad Rabadanovu sınamağı qərara alıb. Onun rəqibi cari mövsümdə 2 görüşdə bir qələbə qazanan Bidhuri olacaq.

 

Fərdi reytinqdə 1-2-ci yerləri bölüşən Albert Səlimov Milanda növbəti qələbəsini qazana bilər. Həm də nəzərə almaq lazımdı ki, onun rəqibi liqada ilk döyüşünə çıxacaq Boufrakeçdi.

 

Pərviz Bağırovun rəqibi olacaq Alfenso di Russo da WSB liqasında ilk görüşünü keçirəcək.

 

İtaliya komandasının ən güclü boksçularından biri Manfredonia Migitinovla üz-üzə gələcək. Cari mövsümdə 3 qələbə qazanan 26 yaşlı italiyalı boksçu fərdi reytinqdə 2-ci yeri tutur.

 

“İtalia Thunder”in superağır çəki dərəcəsindəki nümayəndəsi Vianello da bu mövsümdə inamlı təsir bağışlayır. 3 döyüşdə qalib gələn boksçu fərdi reytinqdə 5-ci sıradadı. Onun rəqibi olacaq Mahmudovun da hesabında 3 qələbə var.

 

“İtalia Thunder” – “Baku Fires”

52 kq. Qaurav Bidhuri – Murad Rabadanov

60 kq. Sedik Boufrakeç – Albert Səlimov

69 kq. Alfonso di Russo - Pərviz Bağırov

81 kq. Valentino Manfredonia – Soltan Migitinov

+91 kq. Quido Vianello - Arslanbek Mahmudov

 

Qeyd edək ki, Qubada keçirilən görüşdə “Baku Fires” “İtalia Thunder” üzərində 4:1 hesabı ilə qələbə qazanmışdı.

 

Bu həftə B qrupunda “Astana Arlans” səfərdə “Caciques Venezuela”nın qonağı olacaq. “Puerto Rico Hurricanes” Polşada “Rafako Hussars Poland” la qarşılaşacaq. USA “Knockouts” isə doğma divarlar arasında “Argentina Condors”u qəbul edəcək.

 

Turnir cədvəli

1. “Astana Arlans” – 21 xal, (döyüşlərin nəticələri 29-6)

2. USA “Knockouts” – 16, (20-15)

3. “Baku Fires” – 14, (22-13)

4. İtalia Thunder” – 13, (19-15)

5. “Puerto Riko Hurricanes” – 11, (14-21)

6. “Venezuela Cacquez” – 10, (14-21)

7. “Rafako Hussars Poland” – 7, (14- 21)

8. “Argentina Condors” – 1, (7-27)

 

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail