Bakı-2015: Akkreditasiya müddəti uzadıldı

06.03.2015 | 3337 dəfə oxunub

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi yeni qərar qəbul edib. Stadium.Az xəbər verir ki, iyunun 12-28-də keçiriləcək I Avropa Oyunları üçün mətbuat nümayəndələrinin akkreditasiyadan keçmə müddəti rəsmi olaraq uzadılıb.

Belə ki, akkreditasiyadan keçmək üçün son tarix ilkin olaraq, martım 6-sı göstərilsə də, bu tarix aprelin 3-nə dəyişdirilib. Buna  mətbuat nümayəndələri tərəfindən göstərilən böyük maraq və ərizələri təqdim etmək üçün daha çox vaxtın olması ilə bağlı çoxsaylı müraciətlər səbəb olub.

Bakı-2015-in Təşkilat Komitəsi Avropa Oyunlarını işıqlandırmaqda maraqlı olan mətbuat nümayəndələrinə akkreditasiyadan keçmək üçün son tarixdən öncə müraciət etmələrini tövsiyə edir. Çünki həmin tarixdən sonrakı müraciətlər qəbul olunmayacaq. Təsdiqini tapdıqdan sonra beynəlxalq mətbuat nümayəndələrinə Azərbaycana daxil ola bilmələri üçün viza xidməti göstərəcək kart göndəriləcək.

Təşkilat Komitəsi, həmçinin yerlərin sayı məhdud olduğundan mətbuat nümayəndələrini yeni tikilmiş Media Kəndində otaq (səhər yeməyi daxil olmaqla bir gecə üçün 50 Avro və ikinəfərlik iki çarpayısı olan otaq üçün bir gecəsi 65 Avro) bron etməyə çağırır. Atletlər Kəndinin yanında yerləşən Media Kəndi bütün Bakı-2015 obyektləri üçün nəqliyyat qovşağı rolunu oynayacaq və orada iş və iaşə obyektləri yerləşəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail