Azərbaycan komandası Asiya turunda

06.03.2015 | 3345 dəfə oxunub

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Asiya turlarına start verir. Stadium.Az xəbər verir ki, təmsilçimiz martın 8-15-də Malayziyada keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2-ci kateqoriyalı çoxgünlük "Le Tour de Langkawi" yürüşündə mübarizə aparacaq.

21 komandanın iştirak edəcəyi 8 mərhələdən ibarət yürüşdə "Synergy Baku" 5 velosipedçi ilə təmsil olunacaq. Bunlar Elçin Əsədov, Ənvər Asanov, Elgün Əlizadə, Samir Cəbrayılov və Aleksandr Surutkoviçdi. Yarış xüsusən Azərbaycanın 23 yaşadək velosipedçilərdən ibarət yığma komandasının üzvləri, Bakı-2015 ilk Avropa Oyunlarında iştiraka namizəd olan Elgün, Samir və Ənvər üçün təcrübə toplamaq baxımından böyük əhəmiyyət daşıyır. Yeri gəlmişkən, 18 yaşlı Əlizadə yürüşün ən gənc 2 iştirakçısından biridi.

8 gün ərzində iştirakçılar ümumilikdə 1118 km məsafə qət edəcəkər. Builki yarışda Böyük Britaniyanın "Team Sky", Qazaxıstanın "Astana", Avsrtaliyanın "Orica GreenEDGE", Rusyanın "Tinkoff-Saxo" kimi Dünya Turu komandalarının, həmçinin 7 Prokontinental kollektivin iştirakını nəzərə alsaq, mübarizənin kifayət qədər gərgin keçəcəyini əvvəlcədən söyləmək olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail