Qətərdə 4 medal

10.03.2015 | 3030 dəfə oxunub

Taekvondo üzrə Qətərdə keçirilən “Qatar Open” turnirinə yekun vurulub. Stadium.Az xəbər verir ki, G1 kateqoriyalı yarışa 11 taekvondoçu ilə qatılan Azərbaycan millisi vətənə 4 medalla qayıdıb.

Komandamızın heyətində ən yaxşı nəticə yenə Radik İsayevə məxsusdu. 87 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz həlledici görüşdə az öncə “Luxor Open”in finalında uduzduğu Yasur Baykuziyevi (Özbəkistan) məğlub edib.

Ondan fərqli, Kamil Abdurrazakovla (63 kq) Ayxan Tağızadə (68 kq) beynəlxalq turniri gümüş medalla bitirib. Hər 2 taekvondoçumuz finalda Cənubi Koreya idmançısına uduzub.

Yığmamızın aparıcı üzvlərindən olan Elvin Məmmədov (74 kq) isə bürünc medalla kifayətlənib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail