"Bakı-2015" AzTV ilə müqavilə imzaladı - FOTO

12.03.2015 | 3534 dəfə oxunub

Martın 11-də “Fairmont Baku” mehmanxanasında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) arasında yayım sazişi imzalanıb.

Stadium.Az xəbər verir ki, sazişə əsasən, “Bakı-2015” yarışları 17 gün ərzində həm AzTV, həm də İdman Azərbaycan kanallarında nümayiş olunacaq. O cümlədən, mümkün qədər çox canlı yarışlar, möhtəşəm açılış və bağlanış mərasimləri və ölkə boyunca məşəlin ötürülməsi turu nümayiş etdiriləcək.

Tədbirdə bir neçə gün əvvəl Milli Gimnastika Arenasında Avropa Oyunlarına hazırlıq məqsədilə təşkil olunan gimnastika növləri üzrə açıq Azərbaycan çempionatından bəhs edən videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov “Bakı-2015” ilk Avropa Oyunlarının Azərbaycanın tarixində mühüm rol oynayacağını söyləyib. AzTV-nin Azərbaycan xalqı üçün milli televiziya və radio kanalı olduğunu qeyd edən nazir bildirib ki, bütün ölkəmizin bu tədbirin keçirilməsini və idmançılarımızı dəstəkləyəcəyi çox sevindiricidir.

Nazir qeyd edib ki, Avropa Oyunlarının açılış mərasiminədək “Bakı-2015”in dünyanın 120 ölkəsində nümayiş olunması ilə bağlı sazişlərin imzalanması nəzərdə tutulub. Bunun nəticəsində Avropa Oyunlarını 1 milyarddan artıq insan izləmiş olacaq.

AzTV-nin sədri Arif Alışanov bildirib ki, birinci Avropa Oyunlarını Azərbaycanda, öz tamaşaçılarımıza təqdim etməkdən qürur duyuruq. Bu, ölkə üçün tarixi bir məqamdır və biz aparıcı Azərbaycan yayım şirkəti olaraq Avropa Oyunlarını təşviq etmək və bütün ölkə boyunca davam edəcək möhtəşəm məşəlin ötürülməsi prosesini yayımlamaq üçün “Bakı-2015” ilə əməkdaşlıq edərək öz payımıza düşən işi yerinə yetirəcəyik.

Arif Alışanov bildirib ki, Avropa Oyunlarının proqramına daxil olan iki idman növü – boks və güləş AzTV-nin öz texniki və yaradıcı heyətinin imkanları vasitəsilə yayımlanacaq. Təbii ki, digər 18 idman növü də kanallarımız vasitəsilə geniş şəkildə işıqlandırılacaq.

Sonra Azad Rəhimov və Arif Alışanov yayım sazişini imzalayıblar.

Tədbirdə, həmçinin jurnalistlərin sualları cavablandırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail