Azərbaycan komandası Xorvatiyada sevindi - FOTO

16.03.2015 | 2886 dəfə oxunub

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” 2015-ci ildə ilk qalibiyyətini əldə edib. Stadium.Az xəbər verir ki, Xorvatiyada 30 komandanın iştirakı ilə təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “İstrian Spring Trophy” yürüşü komandamızın üzvü Markus Eybegerin çempionluğu ilə yadda qalıb.

Xorvatiyada Maksim Averin, İsmayıl İlyasov, Markus Eybeger, Dennis van Vinden və Yannis Tamuridisdən ibarət heyətlə yarışan "Synergy Baku" əla komanda yürüşü sərgiləyib. Velosipedçilərimiz 1-ci mərhələdə 2-ci, 2-ci mərhələdə isə 1-ci olmaqla ümumi liderliyi ələ keçirən Eybegerin sonuncu yarış günündə də lazımi nəticəni əldə etməsinə şərait yaradıb.

156 km-dən ibarət bu mərhələdə Markus Eybeger yalnız 49-cu yeri tutsa da, ən yaxın izləyicisi, Rusiyanın "İtera-Katyuşa" komandasının üzvü Sergey Nikolayevlə 8 saniyəlik fərqi qoruyub və bununla da yarışın qalibinə verilən "sarı köynəyi" qazanmaqla "Synergy Baku"ya 2015-ci ildə ilk çempionluq sevinci yaşadıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail