Gürcüstan yığması Bakıda

16.03.2015 | 2851 dəfə oxunub

Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını Olimpiya Güləş Mərkəzində davam etdirir. Stadium.Az xəbər verir ki, yığma komandanın baş məşqçisi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında yığma komandanın bütün üzvləri təlim-məşq toplanışında iştirak edir. Bu gündən etibarən isə, Gürcüstanın sərbəst güləşçiləri yığmamızla birgə təlim-məşq toplanışına qoşulub.

16 idmançı ilə təlim-məşq toplanışına qatılan Gürcüstan yığmasının heyətində London Olimpiadasının gümüş mükafatçıları Vladimer Xinçeqaşvili (57 kq) və David Modzmanaşvili (125 kq) də var.

Birgə təlim-məşq toplanışı martın 28-dək davam edəcək.

Məlumat üçün bildirək ki, sərbəst güləşçilərimiz aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində keçiriləcək Dünya Kuboku yarışlarında iştirak edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail