"Bakı-2015": Növbəti müqavilə

16.03.2015 | 3057 dəfə oxunub

Bu gün UNİCEF və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi arasında idmanın gənclərin həyatında necə təhlükəsiz və faydalı olacağına, Oyunların sosial irsinin inkişafında fəaliyyətlərinin artırılmasına dair tərəfdaşlıq müqaviləsi imzalayıb. Stadium.Az xəbər verir ki, ilk əməkdaşlıq müqaviləsinə imzanı Bakı-2015-in baş icraçı-direktoru Azad Rəhimovla UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Marie-Pierre Poirier atıblar.

A.Rəhimov bildirib ki, Azərbaycanda əzmkarlıq və böyük səylər göstərərək gənclərin inkişafı istiqamətində böyük addımlar atılıb. Onun sözlərinə görə, hökumət tərəfindən yaradılan imkanlar uşaqların və gənclərın inkişafına yönələn, gələcək imkanlarını formalaşdırmağa şərait yaradır. Bugünkü gənclər əzmkardı və onlar qarşılarında olan imkanlardan yaralana bilirlər: “İdman da gənclər və uşaqlar üçün güclü bir vasitədi. Biz də özümüzü idmana həsr etməliyik. 2015-dən sonra da Azərbaycanda idman sahəsi üzrə vacib tədbirlərin keçirilməsi nəzərdə tutulub. Fiziki sağlamlıq barədə maarifləndirməni idmanın təşviq edilməsi vasitəsilə təmin etməliyik Uşaqların idmanda iştirak etməsi ilə bağlı məsələ vacibdi, gənclər könüllü kimi öz töhfələrini verəcək. Gənc ölkə kimi biz davamlı gələcəyi təmin etmək üçün gənclərimizə investisiya qoymağı öhdəmizə götürmüşük. Biz, Avropa Oyunlarının irini gücləndirmək və bütün Azərbaycanın hər yerində idman vasitəsilə uşaq və gənclərin cəlb olunması üçün UNİCEF ilə sıx çalışaraq bu imkanları təmin etməkdən məmnunuq”.

Marie-Pierre Poirier isə bildirib ki, Bakı-2015 cəmiyyətin bütün təbəqələri arasında uşaq və yeniyetmələrə, bütövlükdə cəmiyyətə investisiya qoymağa unikal imkan verir: “Oyunlar bizə Azərbaycanlı oğlan və qızlar üçün təhlükəsiz və hərtərəfli idman hüquqları və ən çox istisna olan uşaq və yeniyetmələrin cəlb edilməsi üçün idmanın rolunu müzakirə etmək üçün böyük imkan verir”.

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq vurğulayıb ki, UNİCEF və Bakı-2015 arasında imzalanan bu müqavilə Avropa Oyunlarının Azərbaycan gətirdiyi Olimpiya ruhunun təcəssümüdü.

Müqaviləyə Azərbaycanın 21 rayonunda keçiriləcək məsləhətləşmələr daxildi. Bu məsləhətləşmələr oyunlardan iki gün öncə Bakıda keçiriləcək Təhlükəsizlik və Hərtərəfli İdman üzrə Milli Gənclər Müşavirəsinin tərkib hissəsidi. Müqavilənin əlavə məqsədi gənclərin öz icmalarında idmana cəlb olunmaları və bütün ölkədə inşa edilmiş çoxsaylı idman məkanlarından tam istifadə etmələrinə həvəsləndirməkdi.

Bu müqaviləyə əsasən UNİCEF və Bakı 2015 rəsmi yayım kanalları və sosial media vasitəsilə uşaqların idmanda iştirakının mühümlüyünü vurğulayacaq və bütün dünyada Bakı-2015 idmançı və tamaşaçılarını həvəsə gətirməklə uşaqlara təsir edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail