"Təkcə Azərbaycana köklənsək, heç nə alınmaz"

18.03.2015 | 3055 dəfə oxunub

"Çox güclü, eyni zamanda maraqlı qrupa düşmüşük. Yoxlama görüşü keçirməyən Belçika istisna olmaqla, digər rəqiblərimizinoyunlarını izləmişəm".

Stadium.Az xəbər verir ki, bu sözləri futzal üzrə Ukrayna millisinin baş məşqçisi Aleksandr Kosenko deyib. Təcrübəli mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçirilən qrup oyunları öncəsi fikirlərini açıqlayıb.

Kosenko Danimarka və Belçikanın da yer aldığı qrupun həlledici görüşünün millimizə qarşı keçiriləcəyini bildirib: "Belçikalıları da Azərbaycanla oyuna əsasən təhlil edərik. Bu komanda ümumilikdə götürəndə əlcəzairli, mərakeşli və yerlilərin sintezindən təşkil olunub. Danimarka isə futzalda yeni addı. Onlar texnikalı, boylu-buxunlu, təlim keçmiş komandaya malikdi. Azərbaycan isə ilk növbədə braziliyalıların cəlb edilməsi ilə tanınır. Onlar  Azərbaycan yığmasında çox vacib rol oynayırlar. Cənubi amerikalılar sürətli və texnikalıdı. Onlara qarşı oynamaq həmişə çətindi. Seçmə mərhələdəki həlledici oyunumuz da meydan sahiblərinə qarşı olacaq. Amma digər oyunlara da ciddi yanaşmalıyıq. Təkcə Azərbaycana köklənsək, heç nə alınmaz".

Bu gün start götürən seçmə mərhələnin Azərbaycan – Ukrayna oyunu martın 21-də baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail