Zorlanan qeyrət barədə və ya həmkarım Elçin Cəlilova məsləhət

02.09.2011 | 11792 dəfə oxunub

Həmkarım Elçin Cəlilov deyir (yazır)rnki,rnAzərbaycan millisi (U-21) İngiltərəyərnuduzur  (6:0)- daha doğrusu onlarınrn6ndarnqalır, amma heçrnkim,rnözünün yazdığı kimi - «bir nəfər də qeyrətdən yazmır artıq».

rnrn

Qardaş, daha futbolla bağlı qeyrət-falan qalmayıb. Getdi futbolda olan qeyrət! Bunların qeyrəti çatsaydı, heç olmaya buraxdıqları 6 qolun əvəzində 6 sarı vərəqə alardılar! Sən bax, gör nə qədər qeyrətsiz oynayıblar ki, hakim bunlara sarı vərəqəni də çox görüb. Bu da meydanda qeyrətsiz oyunun nəticəsidir.

rnrn

Yoldaş Cəlilov, amma sən də düz danışmırsan, Rövnəq Abdullayevi ələ salırsan, qazanılan bu nəticəyə rişxənd edirsən, keçmişi unudursan. Mircavadovun sözü olmasın, yaddan çıxarmayaq ki, ötən dəfə 7-ni dürtmüşdülər, bu dəfə biri az oldu. Niyə tələsirsən, yavaş-yavaş buraxdığımız qolların sayı aşağı düşür, bu inkişaf deyilmi?

rnrn

Ötən dəfə ingilislərlə oynayanda qapıçılarını da çıxarıb, yerinə oyunçu salmışdılar, bizlə lap  məzələnmişdilər. Amma bu dəfə belə olmadı. Ötən oyunda rəqib qapısına bircə zərbəmiz də yox idi, amma bu dəfə tirə dəyən topumuz var. Görmürsən, asta-asta qolların sayını azaldır, artıq qapıya yaxınlaşırıq. Gələn dəfə 5 qol buraxacağıq, real qol şansımızı qapıçı əngəlləyəcək. 4 qol, bu dəfə dirək. 3 qol qapı çatı, 2 qol, dirək və tir. Yavaş-yavaş da, hara tələsirik axı?..

rnrn

Hə, o şərəf dediyin məsələyə gəlincə, ... düzü çox fikirləşdim, bir qərara gələ bilmədim, nə yazım ki, ətirli  (əslində təsirli yazmalıydım) olsun, ürəkləri kövrəldəcək dərəcədə. Yaxşısı budu, futbolda şərəfdən danışmayaq!

rnrn

Ümumiyyətlə, Azərbaycanda şərəfdən danışmaq qəbahətdi. Xocalıda zorlanan onlarca (Qarabağ müharibəsində isə bəlkə də yüzlərlə) Azərbaycan qadınları bizim millətdən idi. Amma biz hələ də danışıqlar aparırıq, bizimkiləri zorlayanlarla eyni masa ətrafında, hətta yan-yana əyləşirik... Ay brat, nə şərəf? Hansı şərəf? Ermənilər zorlayan şərəf? Nə dəxli var, 6 top, 7, 8, bu da elə futbolçunun şərəfini zorlamaq deməkdir! Amma bunlar hər il bir neçə dəfə zorlanan şərərfləriylə hələ də fəxr edirlər. Bu qədər zorlanan şərəfdən, qeyrətdən nə yazasan axı?

rnrn

P.S. Tofiq Bəhramovun İngiltəryə qazandırdığı Dünya Kuboku onların haramı olsun!

rnrn

P.P.S. Eşşək eşşəkliyi ilə bir dəfə batdığı yerə ikinci dəfə girmir, amma...

P.P.P.S. Yəqin ki, qovalayaq əvəzinə «QAVALAYAX» deyən Rövnəq Abdullayev, mənə də Vüsal yox, Visal deyər. Abdullayevin şərəfinə...

rnrn

Visal

rnrn

(Vüsal)



  #3   Adınız: namik;   E-mail: [email protected]

03.09.2011 09:12

xincov hara pitbol hara

  #2   Adınız: Hesen Suqedi;   E-mail: ---

02.09.2011 22:27

Bu ki lap erotikadi))

  #1   Adınız: Famil Ceferli;   E-mail: ---

02.09.2011 22:25

Sizin yazinizi birinci defedir oxuyuram. Yaxsi qeleminiz
varmis. Ela yazidi

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail