Azərbaycan türk döyüş növləri idman federasiyası yaradıldı

21.03.2015 | 3733 dəfə oxunub

Azərbaycanlı deputat Dünya Alpaqut Federasiyasına yeni prezident seçilib. Stadium.az xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzində Dünya Alpaqut Federasiyası uluslararası idman təşkilatının növbədənkənar toplantısı keçirilib. Toplantıda Dünya Alpaqut Federasiyası İdarə Heyətinin tərkibi aşağıdakı kimi müəyyən olunub: Araz Abdullayev, Asiman Abdurrahmanov, Kamil Yusubov, Faik Məmmədov, Arzu Eyvazova, Anar Xəlilov, Elnur Eltürk (Hüseyn), Əkbər Qoşalı (Yolçu), Vasif Namazov. 

Alınan qərarlara əsasən, Atatürk Mərkəzinin müdiri, MM-nin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Dünya Alpaqut Federasiyasının yeni prezidenti seçilib (Qurumun bundan öncəki prezident, iş adamı Fərid Əlizadə isə Dünya Alpaqut Federasiyasının Fəxri Prezidenti kimi təsdiq olunub). Toplantıda yeni daxili əsasnamə, eləcə də federasiyanın yeni icra strukturu formalaşıb.

 Dünya Alpaqut Federasiyası 12.12.2014–cü ildə, Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək məqsədilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Alpaqut döyüş sənəti sistemlərinin qurucusu və təşkilatın ideya müəllifi, uluslararası dərəcəli idman üstası, türk döyüş sənətləri üzrə araşdırmaçı Vasif İmran oğlu Namazovdur. Federasiyanın Azərbaycan, Almaniya, Avstraliya, Amerika, Gürcüstan, Türkiyə, Rusiya (Başqurdistan, Moskva, Yekatirinburq üzrə), Özbəkistan, İran, Çexiya, Ukrayna üzrə rəsmi nümayəndəlikləri var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail