"Bakı-2015": Millimiz Almaniya ilə eyni qrupda

23.03.2015 | 3123 dəfə oxunub

Bakı-2015-in su polosu yarışlarının püşkü atılıb. Stadium.Az xəbər verir ki, Lixtenşteyndə baş tutan mərasimdə 16 kişi komandası 4, 12 qadın yığması 2 qrupa bölünüb.

Püşkün nəticəsinə əsasən kişilərdən ibarət Azərbaycan millisi B qrupunda gücünü yoxlayacaq. Komandamız Macarıstan, Almaniya və Rumıniya ilə münasibətinə aydınlıq gətirəcək.

Qadınların mübarizəsində isə Azərbaycan təmsilçisi olmayacaq. Ev sahibi kimi yarışda iştirak hüququ qazanan, lakin Avropa Oyunlarına qatılması məqbul hesab olunmayan komandamızı Rusiya əvəzləyib.

 

Kişilər

A qrupu: İtaliya, Rusiya, Fransa, Ukrayna

B qrupu: Macarıstan, Azərbaycan, Almaniya, Rumıniya

C qrupu: Monteneqro, Xorvatiya, Yunanıstan, Türkiyə

D qrupu: Serbiya, İspaniya, Slovakiya, Malta

 

Qadınlar

A qrupu: Yunanıstan, Hollandiya, Macarıstan, Almaniya, İsrail, Böyük Britaniya

B qrupu: İspaniya, İtaliya, Rusiya, Slovakiya, Fransa, Serbiya


Reqlamentə əsasən ilk pillələrin sahibləri birbaşa mərhələ adlayacaq. 2-ci və 3-cü yeri tutacaq komandalar isə digər qruplarda eyni yerlərin sahibləri ilə pley-off oynayacaqlar. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail