"Bakı-2015" "Nestle" ilə müqavilə imzaladı

24.03.2015 | 3399 dəfə oxunub

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu il ölkəmizdə keçiriləcək ilk Avropa oyunlarının şirniyyat təchizatının təmin edilməsi məqsədi ilə "Nestle" Azərbaycan şirkəti ilə müqavilə imzalayıb.

Stadium.Az xəbər verir ki, imzalanmış müqavilənin şərtlərinə əsasən dünyanın qabaqcıl şirkətlərindən biri olan "Nestle" Avropa oyunları zamanı idman yarışlarının keçiriləcəyi bütün məkanlarda idman azarkeşlərini kofe, qənnadı məmulatları və müslişokoladları ilə təmin edəcək.

Müqavilədə nəzərdə tutulan Nestlé məhsullarına KIT KAT, LION, NESTLÉ FITNESS və NESCAFÉ daxildir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçıdirektoru cənab Saymon Kleq çıxışında bildirib:

"Nestlé ticarət nişanı bütün dünyada tanınır və ilk Avropa Oyunlarının çox dəyərli təchizatçısı olacaq."

"Nestle" şirkəti Avropa Oyunları ilə tərəfdaşlıq edən və idman təqviminə daxiledilən bu möhtəşəm hadisəyə dəstək göstərən digər tanınmış beynəlxalq vəAzərbaycan şirkətləri sırasına daxil oldu".

Qeyd edək ki, Nestlé Azərbaycan şirkəti, Azersun Holding, Bazarstore, McDonald’s Azərbaycan, Milla, Motorola Solutions, NAZ, Sitecore və Tickethour şirkətlərindən sonra, ilk Avropa Oyunlarına qoşulan sayca doqquzuncu rəsmidəstəkçi oldu. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail