Bakı klubunun heyəti açıqlandı

27.03.2015 | 3078 dəfə oxunub

Martın 28-də Polşada Ümumdünya Boks Seriyasının (WSB) XI turu çərçivəsində “Baku Fires” “Rafako Hussars Poland” klubu ilə qarşılaşacaq. Stadium.Az xəbər verir ki, Qdansk şəhərində baş tutacaq döyüş üçün artıq heyətlər məlumdu.

Komandamızın heyətində fərdi reytinqdə mövqeyini xal hesablarını artırmaq üçün Məhəmməd Qurbanov, Heybətulla Hacəliyev və Abdulqadir Abdullayev üçün bu qarşılaşma böyük əhəmiyyət kəsb edir. Cari mövsümdə 2 görüşdə məğlub olan Kozlovskini üstələmək reytinqdə 1-ci olan Qurbanova çətinlik yaratmamalıdı. Hacəliyev də Kivioru məğlub edə biləcək gücdədi. Polşa komandasının heyətində cari mövsümdə 91 kq çəki dərəcəsində Rain Karlson debüt edəcək. Fərdi reytinqdə 4-cü yeri tutan Abdullayev üçün bu qarşılaşma çətin olmamalıdı. “Rafako Hussars Poland” komandasında yalnız 75 kq çəki dərəcəsində Tomaş Yablonski fərdi reytinqin lideridi.


“Rafako Hussars Poland” – “Baku Fires”

49 kq. David Yaqodinski – Rəsul Saliyev

56 kq. Solvestr Kozlovski – Məhəmməd Qurbanov

64 kq. Damian Kivior - Heybətulla Hacəliyev

75 kq. Tomaş Yablonski – Jaba Xositaşvili

91 kq. Rain Karlson – Abdulqadir Abdullayev


Bu həftə B qrupunda “Caciques Venezuela” doğma divarlar arasında “Puerto Rico Hurricanes”komandasını qəbul edəcək. “İtalia Thunder” Milanda “Argentina Condors”la qarşılaşacaq. “Astana Arlans” isə USA “Knockouts”un qonağı olacaq.


Turnir cədvəli

1. “Astana Arlans” – 30 xal, (döyüşlərin nəticələri 41-9)

2. Baku Fires – 20, (32-18)

3. USA “Knockouts” – 18, (26-24)

4. İtalia Thunder” – 17, (27-22)

5. “Puerto Riko Hurricanes” – 17, (23-27)

6. “Venezuela Cacquez” – 14, (20-30)

7. “Rafako Hussars Poland” – 11, (19- 31)

8. “Argentina Condors” – 3, (11-38)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail