Avropa Kubokunda rekord nailiyyət

30.03.2015 | 3358 dəfə oxunub

İtaliyanın Linyano şəhərində gənc cüdoçular arasında Avropa Kubokuna yekun vurulub. Stadium.Az xəbər verir ki, iki gün davam edən yarışda 25 ölkədən 416 idmançı qüvvəsini sınayıb. Apennin yarımadasında 5 qızıl, 1 gümüş, 3 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında Avropanın ən yaxşısı olub. Bütün mükafatlarını kişilərin yarışında əldə edən yığmamızın qələbəsində “Qəbələ” İdman Klubunun böyük payı olub.

Belə ki, klubumuzun Avropa Kubokuna yollanan millidə yer alan hər üç cüdoçusu yarışı medalla başa vurub. Təmsilçilərimiz İtaliyada 2 qızıl və 1 gümüş əldə edib ki, bu da “Qəbələ”nin bu miqyaslı yarışlarda qazandığı ən yüksək nailiyyətdir. Rekorda Rüfət Tağızadə (60 kq) gümüş, Cəlil Şükürov (100 kq) və Rüfət İsmayılov (81 kq) isə qızıl medalla töhfə verib.
Yarışın ilk günündə tatami üzərinə çıxan Tağızadə 5 qələbə qazandıqdan sonra yalnız finalda məğlub olub. Bu gün qüvvəsini sınayan cüdoçularımız isə ən güclü olduqlarını sübut edib. İsmayılov 5, Şükürov 4 görüşdə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, paralel olaraq Türkiyənin Samsun şəhərində keçirilən böyüklər arasında Qran-Pri yarışlarında “Qəbələ”nin digər cüdoçusu Uşangi Kokauri də qüvvəsini sınayıb. İlk 3 mərhələni uğurla adlayan idmançımız 3-cü yer uğrunda görüşdə məğlub olaraq, mükafatçılar sırasına düşə bilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail