"Bakı-2015"də yeni təyinat

03.04.2015 | 3434 dəfə oxunub

Bu gün Bakı-2015 I Avropa Oyunlarında yeni təyinat rəsmiləşib. Stadium.AZ xəbər verir ki, Ceyms Hedley yarışın bağlanış mərasiminin bədii direktoru vəzifəsinə gətirilib.

 

Hedley peşəkar teatr və sirk sənətində, eləcə də iri həcmli tədbirlərin idarə olunmasında 25 illik təcrübəyə malikdi. O, Şimali Amerikada Mystere, La Nouba, "O", The Beatles' LOVE, Ka, Iris and Zumanity daxil olmaqla bir sıra tamaşaların qurulmasında “Cirque du Soleil's” şirkətinin baş bədii direktoru olub və “Qremmi” mükafatı, “Tonight Show”, “Live with Kelly and Michael”, “Ellen De Generes Show” və “Today Show” kimi proqramları hazırlayıb.

 

Bakı-2015 Avropa Oyunlarının bağlanış mərasimi 50 ölkənin nümayəndə heyətinin üzvlərini, 6000-dən çox idmançını, eləcə də onların ailələrini, məşqçilərini, könüllüləri, tərəfdaşları və ümumilikdə, bütün ictimaiyyəti birləşdirən vida şousu olacaq.

 

Hedley bildirib ki, bağlanış mərasimi tamaşasını təşkil etmək şərəf, eyni zamanda, bir məsuliyyətdi: “Məqsədim Avropa Oyunlarına layiq olduğu möhtəşəm final səhnəsini bəxş etmək və mərasimə qatılanlar, həmçinin, dünyanın müxtəlif yerlərində izləyənlər üçün unudulmaz şou yaratmaqdı”.

 

Libbi Haylend Ceyms Hedleyin yaradıcı əməkdaşı olacaq və Bakı-2015 bağlanış mərasiminin yaradıcı direktoru qismində fəaliyyət göstərəcək. Libbi “Rio-2007” və “Qvadalaxara-2011” Panamerika Oyunları da daxil olmaqla, bir sıra tədbirlərin yaradıcı işlərinə rəhbərlik edib.

 

Bakı-2015 Avropa Oyunlarının mərasimlər üzrə direktoru xanım Katerina Uqvu yeni təyinatla bağlı bildirib ki, Ceyms və Libbi artıq Bakıda yaratdıqları güclü bədii komandanı tamamladılar: “Onların yaradıcı gücü “Five Current prodakşn”ın təcrübəsi ilə birləşərək, Avropa Oyunlarının bağlanışı üçün layiqli mərasim ərsəyə gətirəcək”.

 

Skot Givensin rəhbərlik etdiyi “Five Currents” aparıcı şirkəti Bakı-2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilatçısıdı. Şirkət Soçi-2014 Qış Olimpiya, Rio-2007 və Qvadalaxara-2011 Panamerika Oyunlarının açılış və bağlanış mərasimlərini, “Cinco de Mayo”nun 15 illik yubileyini və Rio de Janeyroda “Reveillon Copacabana” Yeni il tamaşası da daxil olmaqla, bir çox tədbirləri təşkil edib.

 

Açılış və bağlanış mərasimləri yeni tikilmiş Bakı Olimpiya Stadionunda 68 minlik izləyici kütləsi və dünyanın müxtəlif yerlərindən olan televiziya izləyicilərinin gözü qarşısında baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail