Yığmamız Ukraynaya gedir

09.04.2015 | 2467 dəfə oxunub

Böyüklərdən ibarət yığma komanda Ukraynaya səfər edir. Stadium.Az xəbər verir ki, komandamız 11-12 aprel tarixlərində Xarkov şəhərində keçirilməsi nəzərdə tutulan “Ukraine Open Cup” turnirinə 10 taekvondoçu ilə yollanır.

Turnirdə Avropanın 20 ölkəsi, eləcə də ABŞ, Braziliya, Porta-Riko, Bəhreyn və Əlcazairdən olan taekvondoçular qatılacaq. Yarış Xarkov şəhərindəki “Lokomotiv” idman sarayında keçiriləcək.

Bu turnirdə komandamız 2 kişi və 8 qadın idmançı ilə təmsil olunacaq. Belə ki, kişilərdən ibarət milli komandanın böyük məşqçisi Elnur Amanov, taekvondoçulardan Ayxan Tağızadə (-68 kq) və Milad Beigi Harcheganiyə (-80 kq), qadınlardan ibarət yığma komandanın baş məşqçisi Sun Mi Park isə Ceren Özbək (-46 kq), Nurgül Çelik (-49 kq), Patimat Abakarova (-49 kq), Lazara Caridad Valdes Povea  (-53 kq), Günay Ağakişiyeva (-57 kq), Darya Şkurko (-62 kq), Fəridə Əzizova (-67 kq), Marina Tedeevaya (-73 kq) şans verəcək.

Yarış G1 kateqoriyalı olduğuna görə, qalib idmançı aktivinə 10 xal artırmış olacaq və əldə edilmiş xallar, Olimpya çəkilərində çıxış edən idmançıların 2016-cı ildə Brazilyada keçiriləcək Olimpadaya qatılmaq şansını artıracaq.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Ukraynaya yollanan komanda vətənə 14 apreldə dönəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail