Bakı klubunun heyəti açıqlandı

09.04.2015 | 2758 dəfə oxunub

Aprelin 11-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 12-ci turu çərçivəsində “Baku Fires” Amerika Birləşmiş Ştatlarının USA “Knockouts”  klubu ilə qarşılaşacaq. Stadium.Az xəbər verir ki, amerikalılar 18 xalla qrupda 4-cü yeri tuturlar.    

Komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – USA “Knockouts”   
52 kq. Murad Rabadanov – Brent Riçard Veneqas     
60 kq. Albert Səlimov  – Karlos Balderas     
69 kq. Pərviz Bağırov  - Brayan Keballo       
81 kq. Mixail Dalqalivets  – Stiv Nelson        
+91 kq. Haci Murtuzəliyev – Kam Avesome   

Albert Səlimov bu görüşdə qələbə qazansa 2016-cı ildə keçiriləcək Rio de Janeyro Olimpiadasına vəsiqəni təmin edəcək. Onun rəqibi bu mövsüm 3 görüşdə qələbə qazanan və reytinqdə 7-ci yeri tutan Balderas olacaq.  18 yaşlı amerikalı boksçu USA “Knockouts”un ən istedadlı üzvlərindən sayılır.

Fərdi reytinqdə vəziyyətini yaxşılaşdırmaq üçün Pərviz Bağırova da mütləq qələbə lazımdır. Milli komandamızın üzvü bu mövsüm qeyri-sabit təsir bağışlayan Keballonu məğlub edə biləcək gücdədir. Amerikalı boksçu 2 döyüşdə qalib gəlsə də, 3 dəfə  rinqi məğlub tərk edib.

USA “Knockouts” klubunun liderlərindən biri 52 kq çəki dərəcəsində mübarizə aparan Veneqasdır. Hazırda reytində 3-cü sırada olan boksçu Olimpiya oyunlarına vəsiqə qazanmağa yaxındır.

Bu həftə B qrupunda   “Puerto Rico Hurricanes” doğma rinqdə “Astana Arlans”ı qəbul edəcək. “Argentina Condors” “Caciques Venezuela” klubu ilə qarşılaşacaq. “Rafako Hussars Poland” isə səfərdə “İtalia Thunder”in qonağı olacaq.  

Turnir cədvəli 
1. “Astana Arlans” – 33 xal,  (döyüşlərin nəticələri  46-9) 
2. Baku Fires – 23, (35-20) 
3. “İtalia Thunder “ – 20,  (32-22)
4. USA “Knckouts”  – 18, (26-29) 
5.  “Puerto Riko Hurricanes” – 18, (25-30)
6. “Venezuela Cacquez” – 17, (23-32)
7.  “Rafako Hussars Poland” – 12, (21- 34)  
8.  “Argentina Condors” – 3,  (11-43)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail