Millimizdən uğurlu çıxış

13.04.2015 | 3001 dəfə oxunub

Ukraynanın Xarkov şəhərində taekvondoçular arasında keçirilən G-1 kateqoriyalı “Ukraine Open Cup” beynəlxalq turnirinə yekun vurulub. Stadium.Az xəbər verir ki, yarış Azərbaycan millisi üçün uğurlu alınıb.

Belə ki, komandamızın üzvləri turnirdə 3 gümüş və 4 bürünc medal qazanıblar.

Taekvondoçularımızdan 68 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə final döyüşündə qızıl xalda məğlub olaraq, ikinci olub. Milad Beiqi Harçeqani də finalda uduzduğundan, gümüş medalla kifayətlənib.

Bakıda keçiriləcək Avropa Oyunlarında ölkəmizi təmsil edəcək Fəridə Əzizova da çempionluğun bir addımlığında dayanıb. Həmyerlimiz finalda London Olimpiya Oyunlarının gümüş mükafatçısı Nur Tatara (Türkiyə) uduzub.

Digər idmançılarımızdan Günay Ağakişiyeva (57 kq), Patimat Abakarova (49 kq), Darya Şkurko (62 kq) və Marina Tedeyeva (73 kq) üçüncü yeri tutublar.

Yığmamız vətənə sabah qayıdacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail