Lissabondan Bakıya...

13.04.2015 | 3448 dəfə oxunub

Portuqaliya Milli Olimpiya Komitəsi Birinci AvropaOyunlarının açılış mərasiminin təşviqi məqsədilə, Lissabon – Bakı marşrutu üzrə velosiped yürüşü təşkil edib.

Stadium.Az xəbər verir ki, bu ideyanın müəllifi, 53 yaşlı velosipedçi və macəra həvəskarı olan Corc Kristovaodur. Yürüşə Lissabonun Torre de Belem abidəsinin qarşısında start verilib. Bununla bağlı təşkil edilən tədbirdə Portuqaliyanı Bakıda təmsil edəcək idmançılar, məşqçilər, milli idman federasiyasının nümayəndələri, Corc Kristovaonun ailəsi və dostları daxil olmaqla yüz nəfərdən artıq insanın iştirak edib.
Birinci Avropa Oyunları zamanı Portuqaliya Milli Olimpiya Komitəsinin nümayəndə heyətinə rəhbərlik edəcək Xose Qarsiya ölkənin milli bayrağını C.Kristovaoya təqdim edib. O isə, iyunun 10-da Bakıya çatdıqdan sonra, bayrağı Avropa Oyunlarının açılış mərasimində daşımaq üçün Xose Qarsiyaya geri qaytaracaq.

Corc Kristovaoya 7000 kilometrə yaxın məsafəni qət etmək üçün, elektriklə işləyən velosiped hədiyyə olunub və Portuqaliya Milli Olimpiya Komitəsinin prezidenti Xose Manuel Konstantino Bakı şəhərinə doğru yürüşün marşrutu üzərində yerləşən ölkələrin milli olimpiya komitələrinin prezidentlərinə ünvanlanan məktubları təqdim edib. C.Kristovao məktubları səfər zamanı İspaniya, Fransa (Kot de Azur ofisi), Monako, İtaliya, Türkiyə, Gürcüstan və Azərbaycanın milli olimpiya komitələrinin rəhbərlərinə, eləcə də, Romada Avropa Olimpiya Komitəsinin baş qərargahına və Yunanıstanın Saloniki şəhərində Olimpiya Muzeyinə çatdıracaq.

Portuqaliya Milli Olimpiya Komitəsi prezidentinin və Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin məktubları bütün Avropa və dünyanın bəzi ölkələrində təbliğat aparmaqla, digər Milli Olimpiya Komitələrini Avropa Oyunlarında ən yaxşı idmançıları ilə iştiraka şövq edəcək.

Tədbirin sonunda Lissabon şəhərinin yeni meri Fernando Medina Corc Kristovaoya Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanlanmış məktubu təqdim edib.

Ötən il, "Bakı-2015" Avropa Oyunları təşviqat strategiyasının işlənib hazırlanması üçün möhtəşəm açılış mərasiminə dəvətnamələr göndərərək ən yaxşı ideyaların irəli sürülməsi üçün çağırış edib. Ən çox bəyənilən fikir isə Bakıya velosiped yürüşü olub. Bu təklifə əsasən, Portuqaliya Milli Olimpiya Komitəsinin Lissabondan Bakıya doğru təşkil etdiyi yürüş bütün qitəni əhatə edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail