Bakı-2015: 1300-dən artıq mətbuat nümayəndəsi müraciət edib

14.04.2015 | 3105 dəfə oxunub

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinə bu yayın ən mötəbər yarışını işıqlandırmağa maraq göstərən yerli və xarici medianın sayı açıqlanıb. Stadium.Az xəbər verir ki, aprelin əvvəlində akkreditasiya prosesi başa çatıb və 1300-dən çox mətbuat nümayəndəsi (yayım şirkətləri istisna olmaqla) tədbiri işıqlandırmaq üçün müraciət edib. Azərbaycanda ilk dəfə bir tədbir üçün bu qədər çox sayda müraciət edilib və bunlar növbəti həftələrdə nəzərdən keçiriləcək.

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, rəylər olduqca sevindiricidi: “Bu, Birinci Avropa Oyunlarının dünya idmanının son 50 illik tarixinə düşən ən maraqlı və ən vacib tədbirlərdən biri olacağını sübut edir. Akkreditasiya sistemi Beynəlxalq Olimpiya Komitəsinin yaratdığı qaydalarına əsasən, Olimpiya xartiyasına uyğun olaraq, Avropa Olimpiya Komitəsi tərəfindən idarə ediləcək”.

Kleqin sözlərinə görə, bütün akkreditasiyalar Azərbaycana viza rolunu da oynayacaq: “Açılış mərasimindən 30 gün əvvəldən başlayaraq, bağlanış mərasimindən 60 gün sonraya qədər qüvvədə olacağını təsdiq edirəm. Bu, gənc və dinamik ölkəni nümayiş etdirəcək möhtəşəm tədbirə qatılmaq üçün akkreditasiyadan keçmiş media üzvləri, Avropa Oyunları ailəsi və Oyunlara gələn hər bir kəs Azərbaycanda ən dəyərli qonaq hesab olunacaqlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail