"Bakı-2015" Belçikada təqdim olunacaq

14.04.2015 | 3043 dəfə oxunub

Bu gün Belçikanın paytaxtı Brüsseldə Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. Stadium.Az xəbər verir ki, bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkəyə rəsmi səfərə yola düşüb.

Brüsselin “Egmont” Sarayında baş tutacaq qala gecədə Nazir Azad Rəhimovun, Beynəlxlalq Olimpiya Komitəsinin  eks prezidenti Jacques Rogge, Belçika Olimpiya komitəsinin prezidenti Pierre-Olivier Beckers və Avropa Parlamerntinin  vitse prezidentinin  çıxışları  nəzərdə tutulub.

Təqdimat mərasimi çərçivəsində qonaqlara  Bakı 2015 Avropa oyunalarına hazırlıqla bağlı video çarx və foto sərgi nümayiş olunacaq.

Səfərin ikinci günü, 15 aprel tarixdə isə Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi Avropa parlamentində gerçəkləşəcək.  Mərasimində nazir Azad Rəhimov, Avropa Parlamentinin üzvü İlham Kyuçyuk, Azərbaycanın Belçika krallığındakı səfiri Fuad İsgəndərov, Avropa Parlamentinin üzvü Mark Tarabella və Avropa Parlamentinin bir sıra üzvüləri və digər rəsmi şəxslər iştirak edəcək.  Dəyirmi masa ətrafında keçiriləcək təqdimat mərasimidə Bakı 2015 Avropa oyunları ilə yanaşı, Azərbaycan və Avropa Parlementi arasında əlaqələrin möhkəmləndirilməsi, gənclər sahəsində yeni layihələrin işlənilməsi, müxtəlif sahələrdə əldə edilmiş razılıqlar əsasında yeniliklərin əldə olunması və digər mövzular müzakirə olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail