"O, hər dəfə mənə qarşı fərqli oyun sərgiləyir" - MÜSAHİBƏ

15.04.2015 | 3821 dəfə oxunub

Sabah Şəmkirdə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq “ShamkirChess 2015” turniri start götürəcək. Stadium.Az xəbər verir ki, ötən ilki yarışın qalibi olan dünya çempionu, FİDE reytinqinin lideri Maqnus Karlsen turnirin rəsmi saytına müsahibə verib.


- Sizi yenidən Azərbaycanda görməkdən məmnunuq. Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2015” turniri haqda nə söyləyə bilərsiniz?

- Ötən il Şəmkirdə keçirilən turnirdən xoş xatirələrlə ayrıldım. Məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilən yarışda yenidən iştirak etmək istəyirəm. Əlbəttə, sadəcə iştirak deyil, həm də qalib gəlmək niyyətindəyəm. Ötən il hər şey yaxşı oldu, sonda turnirin qalibi oldum. Yenidən birinci olmaq istəyirəm.

- Vüqar Həşimovla bağlı hansı xatirələri bizimlə bölüşə bilərsən?
- Vüqar çox istedadlı şahmatçı olub. Hər zaman yeniliklərlə diqqəti cəlb edib. Təkrakçılığı xoşlamayıb. Düzü, onu xoş xatirələrlə yada salıram. Vüqarı unutmamışıq. Onun yoxluğu bütün şahmat ailəsi üçün böyük itkidi. Şəmkirdə onun adına layiqli turnir təşkil edildiyini qeyd etməliyəm. 

- Ötən il ilk dəfə Şəmkirdə olmusuz. Şəhər haqda hansı fikirdəsən?
- Orada olduğum müddət darıxmağa imkan olmadı. Bir tərəfdən turnirdə mübarizə, digər tərəfdən bizim üçün hazırlanan proqramlar maraqlı oldu. İstirahət günü oynadığımız futbolu xatırlayıram. Bizim komanda (dünya şahmatçılarının komandasını nəzərdə tutur) yarışın qalibi adını qazandı. Bu dəfə də futbol oynamaq təklif olunsa razılaşaram. Ümumiyyətlə, Şəmkirdə təşkilatçılıq yüksək səviyyədə idi. Şəmkir şahmat turnirinin təşkilatçılarına - xüsusilə “Synergy Group”a təşəkkür etmək istəyirəm. 

- Bu dəfə yarışda rəqabət daha güclü olacaq, bu fikirlə razısız?
- Ötən ildə bu turnirdə zəif rəqib olmayıb. Şəmkirdə ancaq güclülər yarışır. Ona görə də hər tur çətinlik olur. Bu mənada yarışda qalib gəlmək asan deyil. Gərək hər tur maksimum nəticəyə oynayasan. Bu il heyət daha da gücləndirilib. Heç kim indidən nəticəyə ilə bağlı proqnoz verə bilməz.

- Hər halda, siz yarışın favoriti hesab olursunuz. Sizə yarışda kim mane ola bilər?
- Gəlin, elə deməyək. Hər bir şahmatçı Şəmkirə yaxşı nəticə üçün gələcək. Ona görə aşkar favorit olmayacaq. Əlbəttə, məndən hamı yaxşı nəticə gözləyir. Mən buna öyrəşmişəm. Ona görə də qalib gəlməyə çalışacam.

- İştirakçılar arasında hansı şahmatçıya qarşı oynamaq Maqnus Karlsen üçün daha çətin olacaq?
- Məncə, Vladimir Kramnikə qarşı oynamaq daha çətin olacaq. Bütün şahmatçılara hörmətlə yanaşıram. Sözsüz hamısı güclüdü. Amma nədənsə Kramniklə oyunlar mənə görə daha çətindi. Onunla müxtəlif yarışlarda üz-üzə gəlmişik. Vladimir hər dəfə mənə qarşı fərqli oyun sərgiləyir.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail