Millimizin məşqçisi: "Hədəfimiz böyükdür"

15.04.2015 | 3105 dəfə oxunub

"Komandamız yaxşı hazırlaşmışdı. Güləşçilərin ümumilikdə çıxışını qənaətbəxş hesab edirəm. Çox güclü komandalar içərisində yığmamız ilk "3-lük"də yer aldı və bürünc medal qazandı. Bu da dövlətimizin uğuru, şəxsən cənab prezidentimizin idmana və idmançılara göstərdiyi diqqət və qayğının təzahürüdür".

Stadium.Az xəbər verir ki, bu fikirlər sərbət güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudova məxsusdu. Təcrübəli mütəxəssis idmançılarımızın ABŞ-da keçirilən dünya kubokundakı çıxışını qənaətbəxş hesab edib: 

"İdmançılarımız hər zaman dünya miqyaslı yarışlarda öz sözlərini deyirlər. Mən fürsətdən istifadə edərək, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə öz minnətdarlığımı bildirirəm ki, məşqçilər korpusunun istəyinə uyğun olaraq idmançılarımızın mühitə uyğunlaşması məqsədilə yarışdan bir həftə öncə Los Ancelesə səfər üçün şərait yaratdılar. Hədəfimiz böyükdür. Qarşıda bizi güclü yarışlar gözləyir. Bir neçə gün sonra başlayacaq təlim-məşq toplanışlarında qüsurları aradan qaldırmaq üçün çalışacağıq. Məşqlərdə hər zaman olduğu kimi bu dəfə də ümumi fiziki hazırlıq, xüsusi fiziki hazırlıq və nizam-intizam məsələlərinə diqqət ayıracağıq. İyun ayında ilk dəfə keçiriləcək Avropa Oyunlarında və sentyabrda Las Veqasda keçiriləcək lisenziya xarakterli dünya çempionatında uğurla çıxış edib, bütün güləş həvəskarlarını və Azərbaycan ictimaiyyətini sevindirəcəyik". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail