"Bakı-2015": Helikopterlər nə üçün gətirilib?

16.04.2015 | 3338 dəfə oxunub

"Bakı-2015" I Avropa Oyunları zamanı istifadə olunacaq ambulans-helikopterlərin texniki göstəriciləri məlum olub. Stadium.Az xəbər verir ki, müqaviləyə əsasən, Azərbaycan bir neçə il öncə aldığı "AgustaWestland-139" helikopterlərini təcili tibbi yardım xidməti göstərən ambulans-helikopterlər kimi istifadə edəcək. 

Məlumata əsasən, fövqəladə hallarda həmin helikopterlərdən istifadə olunacaq. Onlar artıq hazır vəziyyətdədi. 

"AgustaWestland-139" iki mühərrikli yeni nəsil orta sinfi təmsil edən helikopterlərdəndi. AW-139 ekonomik göstəricilərə, yüksək uçuş-texniki xüsusiyyətlərə, çoxfunksionallığa və yüksək dözümlülüyə malik olan helikopter sayılır. 
 
AW-139 öz sinfində saatda 311 km sürət yığan yeganə helikopterdi. Helikopter havaya maksimal 6.800 kiloqram çəki ilə uça bilər. 
 
Adıçəkilən helikopter maksimum 15 sərnişini yüksək sürətlə rahat daşıya bilər. Baqaj giriş xaricində, eləcə də helikopter daxilində mümkündü. AW-139 son tələblərə uyğun hazırlanıb.

I Avropa Oyunları zamanı Azərbaycana əlavə olaraq 100 təcili yardım maşını gətirilib. Onlardan 95-i Bakıda, 5-i isə Mingəçevirdə istifadə olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail