"Qəbələ"dən rekordlar

18.04.2015 | 3462 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXX turunun “Neftçi” ilə səfər oyunu “Qəbələ” üçün rekordlarla əlamətdar olub.

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Bakcell Arena”dakı qarşılaşmada 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” mövsümə, kluba və futbolçularına məxsus rekordları yeniləyib.

“Qəbələ” həm özünün, həm də mövsümün rekorduna imza atıb. Belə ki, “qırmızı-qaralar” ardıcıl 7-ci çempionat qarşılaşmasında meydanı 3 xalla tərk edib. Bu isə ötən tur seriyanı 6-ya çatdırmaqla tarixinin rekordunu müəyyənləşdirən komanda üçün yeni nailiyyətdir. Sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirən Roman Qriqorçukun komandası bakılılara məğlubiyyətin əvəzini eyni hesabla çıxıb. Artıq 61 gündür xal itirməyən “Qəbələ” bu müddətdə “Neftçi”yədək “Xəzər Lənkəran”ı 3:1, “Qarabağ”ı 1:0, “Sumqayıt”ı 2:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Simurq”u 1:0 hesabı ilə məğlub edib. Bu isə mövsümün yeni rekordudur. Azərbaycan Premyer Liqasının 2014/15 mövsümündə daha çox ardıcıl qələbə qazanan olmayıb.

Mövsümün 14-cü səfər oyununa çıxan “Qəbələ” rəqib meydanlarında da 7-ci dəfə qalib gəlib. Bu nəticə də klub tarixinin ötən mövsümə təsadüf edən rekordun astanasındadır. 2013/14 mövsümündə 18 səfər matçında 7 qələbə qazanılmışdı. Rəqib meydanında əldə olunacaq növbəti 3 xal rekordun təkrarlanması ilə nəticələnəcək. Mövsümün sonunadək isə “qırmızı-qaralar” 2 dəfə səfərə çıxacaq.

“Neftçi” üzərində qələbə rəqib meydanlarında qazanılan 45-ci uğur olub Premyer Liqada 134-cü səfər matçına çıxan “Qəbələ”nin hesabında 33 heç-heçə və 56 məğlubiyyət də var. Bu matçlarda 143 qol vuran komanda 177 top buraxıb.

“Neftçi” ilə qarşılaşmada sonuncu qolun müəllifi olan Viktor Mendi klub tarixinin ən məhsuldar futbolçusuna məxsus rekordlarını yeniləyib. Seneqallı hücumçu “Qəbələ”də 31-ci, Premyer Liqada 27-ci dəfə fərqlənib. Matçda 2-ci qola imza atan Cavid Hüseynov isə şəxsi rekordunu yeniləyib. Karyerası ərzində bir mövsümə ən çox – 9 qol vurmağa müvəffəq olan yarımmüdafiəçi həm də “Qəbələ”nin tarixində 2-ci nəticəyə şərik olub. Belə ki, indiyədək yalnız Daniel Subotiç bir mövsümdə daha çox qol vurub. O, 2013/14 mövsümündə 12 dəfə fərqlənib. Çempionatın sonuna 5 oyun qaldığından Hüseynov bu rekorda da çatmaq imkanına malikdir. Cavid kimi daha 3 oyunçu mövsümü 9 qolla bitirib. 2010/11 mövsümündə Deon Barton, 2011/12 mövsümündə isə Dodo ilə Yannik Kamanan da 9 dəfə fərqlənmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail