"İndi Azərbaycan şahmatı rahat nəfəs ala bilər"

22.04.2015 | 3369 dəfə oxunub

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində 5-ci tur başa çatdı. Stadium.Az xəbər verir ki, Synergy Group-un təşkilatçılığıyla keçirilən mötəbər yarışın hesabat turunda azərbaycanlı  şahmatçı  Şəhriyar  Məmmədyarov  Rusiya təmsilçisi Vladimir Kramnik üzərində qələbə qazanıb.

Ağ fiqurlarla oynayan Məmmədyarov 6 saat 35 dəqiqəlik mübarizənin yekununda dünya çempionunu mat edib. Mətbuat konfransında Şəhriyar qələbə təəssüratlarını jurnalistlərlə bölüşüb: "Xantı-Mansiyskdə iddiaçıların turnirində Vladimir Kramnikə məğlub olmuşdum. Həmin partiyada böyük üstünlüyüm var idi. Qələbə qazanmağa borclu idim. Amma sonradan oyunda dönüş oldu, Kramnik qələbə qazandı. Buna görə bu dəfə uğur qazanmaq istəyirdim. Ciddi hazırlaşmışam deyə bilmərəm. Biz bir-birimizi yaxşı tanıyırıq. Dəfələrlə rəqib olmuşuq. Ona görə ciddi hazırlaşmaq o qədər effektli olmur".

Maraqlıdır ki, indiyə qədər azərbaycanlı şahmatçılar heç vaxt Vladimir Kramnik üzərində qələbə qazanmayıb. Bu mənada Şəhriyar ilkə imza atdı: "Azərbaycan şahmatçıları müxtəlif dövrlərdə güclü rəqibləri məğlub edib. Dünya çempionları Vişvanatan Anand və Maqnus Karlsen üzərində qələbələrimiz olub. Lakin Kramniki heç vaxt məğlub edə bilməmişik. Bu mənada ilk dəfə Kramnik məğlub oldu. İndi Azərbaycan şahmatı rahat nəfəs ala bilər".

Məmmədyarov ShamkirChess 2015 turnirində ilk qələbəsinin növbəti turlara daha yaxşı hazırlaşmağa kömək edəcəyini dedi: "Sözsüz qələbə qazanmaq yaxşıdır. Çətin qələbə oldu. 6 saatdan artıq yarışmaq çətindir. Fikir verdinizsə ani olaraq oyunu tez başa vura bilərdik. Amma lazımi gedişi görmədim. Çünki, yorulmuşduq. Şahmatçı 5 saatdan sonra əvvəlki vəziyyətdə oynaya bilmir. Yorğunluq özünü göstərir. Bir dəfə Dortmund turnirində Peter Lekoyla 7-8 saat oynadıq. Axırda zalda heç kimin qalmadığını gördük. Demək istəyirəm ki, uzun partiyalar şahmatçını yorur. Karlsenə məğlubiyyətdən sonra çox düşünürdüm. İndi növbəti turlar haqda fikirləşməliyəm. Qələbəni tez unutmaq lazımdır".

Sumqayıt şahmat məktəbinin yetirməsi Vladimir Kramnikin mətbuat konfransına gəlməməsinə belə şərh verib: "Kramnik güclü şahmatçıdı. Dünya çempionudu. 7 saata yaxın mübarizədən sonra yəqin, yorulub. Ona görə mətbuat konfransına gəlmədi. Burda heç bir problem yoxdu. Xantı-Mansiyskdə Kramnikə məğlub olandan sonra özümü toparlayıb mətbuat konfransına gəlmişdim. Həyatımda heç vaxt elə pis olmamışdım. Uduş vəziyyətində olan oyunu uduzduğum üçün mətbuat konfransının tez bitməsini gözləyirdim. Kramniklə Xantı-Mansiyskdəki mətbuat konfransını heç vaxt xatırlamaq istəmirəm. Amma özümdə güc tapıb orada iştirak etmişəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail