Hərbçilərin ən güclüsü müəyyənləşdi

22.04.2015 | 3469 dəfə oxunub

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında 20 noyabr, 2014-cü il tarixli sərəncamının icrası ilə əlaqədar, Azərbaycan Velosiped İdmanı Federasiyası, "İrəli" və "Təxris olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai Birliklərinin təşkilatçılığı ilə "Silahlı Qüvvələr Kuboku" velosiped yarışı təşkil olunub. Stadium.Az xəbər verir ki, "Velopark"da keçirilən yarışda Silahlı Qüvvələrin müxtəlif qurumlarının 16 komandası iştirak edib.

Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 iştirakçı olmaqla, estafet sistemi üzrə mübarizə aparıblar. İlkin mərhələdən sonra finala vəsiqə qazanan 3 komanda müəyyənləşib. Həlledici yürüşdə Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları bütün rəqiblərini qabaqlamaqla yarışın qalibi olublar.

İlk 3 yeri tutan komandalar AVİF tərəfindən kubok, medal, diplom və pul mükafatı ilə təltif ediliblər. Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, "İrəli" və "Təxris olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai Birliklərinin sədrləri Mirhəsən Seyidov və Emin Həsənli təqdim edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail