Türkiyədə 12 medal

23.04.2015 | 3597 dəfə oxunub

21-22 aprel 2015-ci il tarixdə Türkiyənin Konya şəhərində 5-ci Rumi Uşaq İdman Oyunları çərçivəsində güləş yarışları keçirilib. Azerisport.az Stadium.Az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Bolqarıstan, Qırğızıstan, İran, Makedoniya, Türkiyə və Konya şəhər yığma komandaları mübarizə aparıb.

Kiçik yaşlı yeniyetmələrin mübarizəsində ölkəmizi məşqçilər Elşad Abdullayev və Namiq Quliyevin rəhbərliyi altında 9 güləşçi təmsil edib. Pəhləvanlarımız həm sərbəst, həm də yunan-Roma güləşi növlərində qüvvələrini sınayıb. Güləşçilərimiz Vətənə 6 qızıl, 2 gümüş və 4 bürünc medalla qayıdır.

Sərbəst güləş yarışlarında güləşçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Tural Əsgərov (38 kq), Məmməd Əhmədov (46 kq), Turan Bayramov (50 kq) və Əbdülxalid Quluzadə (66 kq) qazandırıb. 54 kq çəkidə mübarizə aparan Rəşad Əzizov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Məhəmmədəli Quliyev (42 kq), Vahid Əlizadə (58 kq) və Valeh Həmidov (66 kq) bürünc medala yiyələnib.

Yunan-Roma güləşi növündə də qüvvələrini sınayan güləşçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. 50 kq-da Turan Bayramov və 58 kq-da Vahid Əlizadə bütün rəqiblərindən üstün olub. Əbdülxalid Quluzadə (66 kq) gümüş, Valeh Həmidov (66 kq) isə bürünc medal qazanıb.

Hər iki növ üzrə komanda sıralamasında yığmamız üçüncü yerdə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail