"Məmmədyarov Kramnikə qarşı turnirdə ən yaxşı oyununu keçirdi" - MÜSAHİBƏ

23.04.2015 | 3221 dəfə oxunub

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015-də çıxış edən İtaliya şahmatçısı Fabiano Karuananın məşqçisi Vladimir Çuçelov turnirin rəsmi saytına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir.

- Shamkir Chess 2015 turnirində 5 tur arxada qalıb. Məşqçisi olduğunuz Fabiano Karuananın oyununu necə qiymətləndirirsiniz?
- İlk tur bizim üçün çətin oldu. Startda 4 partiyadan 3-də Karuana qara fiqurlarla oynadı. Sözsüz ki, bu bizim nəticəyə təsir etdi. Maqnus Karlsenlə oynadığı partiyanı xüsusi qeyd etməliyəm. Heç-heçə olduğu zaman Karuana səhvə yol verdi. Belədə Maqnus bu səhvdən istifadə edərək qələbə qazandı. Heç kim izah edə bilmirdi ki, Karuana həmin partiyanı necə uduzdu. Hətta Maqnusun özü də təəccübləndi. 5-ci turda Aniş Giriylə heç-heçə oynadı. Maraqlı debüt seçimi oldu. Giri ustalıqla müdafiə olunmaqla yarım xal qazandı. Ümumilikdə liderlərdən uzaq olsaq da, son turlarda uğur qazanmağa çalışmalıyıq.

- Digər şahmatçıların oyunu barədə nə düşünürsünüz. Karlsen və Sonun liderliyi gözlənilirdimi?
- Dünya çempionu Maqnus Karlsen uğurlu start götürdü. İlk turda Anandla heç-heçə oynadı, sonrakı turlarda qələbə qazanmaqla xalını artırdı. Sonun liderliyi gözlənilməz olsa da, hələ turnir başa çatmayıb. 5-ci turda Ananda məğlubiyyəti ona pis təsir edə bilər. Vladimir Kramnik 4 tur ərzində stabil oynadı. 5-ci turda Şəhriyara məğlubiyyəti onu geri saldı.

- Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun Vladimir Kramnik üzərində qələbəsi 5-ci turun ən maraqlı partiyası oldu. 
- 5-ci turda çox maraqlı oyun sərgilədi. Məmmədyarov Kramnikə qarşı turnirdə ən yaxşı oyununu keçirdi. Üstünlük qazandı. Hücuma keçərək Kramnikin istədiyi oyunu göstərməsinə mane oldu. 6 saatdan çox mübarizənin yekununda Şəhriyar qalib gəldi. Məmmədyarovun üstünlüyü oyunun əvvəlindən hiss olunurdu. Bununla belə sona qədər üstünlüyü saxlamaq asan deyil. Şəhriyar bu qələbədən sonra turnirdə fərqli oyun göstərməlidi.

- Azərbaycan çempionu Rauf Məmmədov karyerasının ən güclü turnirində çıxış edir. Ondan hansı nəticəni gözləmək olar?
- Turnir bütün şahmatçılar üçün çətindir. Raufa gəlincə, onun belə şahmatçılarla oyun təcrübəsi yoxdur. Oyundan əlavə psixoloji baxımından hazır olmaq vacibdir. Əks halda şahmatçı tez yorulur. Şəmkirdə olan şahmatçılar üçün super turnir adi yarışdır. Onlar çoxdan belə yarışlara öyrəşib. Rauf üçün isə bu yenilikdir. Fikrimcə hələlik Rauf normal oynayır.

- Siz Karuanayla yanaşı eyni zamanda Teymur Rəcəbovla da işləyirsiniz. Teymurla hazırlığı davam edirsiniz yoxsa...
- Bir müddət Teymurun səhhətində problem yarandığı üçün fasilə vermişdik. Yəqin, yaxın aylarda hazırlıq bərpa olunacaq. Çünki, qarşıdan Bakıda keçiriləcək Dünya Kuboku gəlir. Həmin yarışa hazırlaşmaq çox vacibdir. Dünya Kubokunda mübarizə çox çətin olacaq. Teymur çox yaxşı şahmatçıdır. Son aylar birgə işimizin nəticəsində stabil oyunu bərpa olunub. Əlbəttə, hələ çox çalışmalıyıq. Lakin fikrimcə iddialı Rəcəbov artıq qayıdır.

- Sonda Shamkir Chess 2015 turniri haqda danışardıq. Yarış yadınızda necə qalacaq?
- Şəmkir turniri hər zaman xoş xatirələrlə yada salınır. Məşhur şahmatçı Vüqar Həşimov anılır və həmkarları onun xatirə turnirində böyük həvəslə iştirak edir. Burda yüksək qonaqpərvərlik görürük. Hər bir şahmatçıya özəl münasibət bəslənilir. Hər zaman Şəmkirə gəlməyə çox şad oluruq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail